Ekskluziv
4244
14 Nov 2022 | 09:00

"Rusiyalılara nəfəs dərməyə belə, imkan vermək olmaz..."-Hərbi ekspert

Rusiya  növbəti hücum üçün lazımi resursları toplamağa çalışır, lakin bu, vaxt tələb edir...
 
Ruslar ehtiyat toplayana və daha güclü müdafiə mövqeləri qurana qədər Ukrayna qoşunları əks-hücumu gücləndirə bilmək imkanı əldə edib.
 
Moderator.az "TSN"-ə  istinada xəbər verir ki, bu fikirləri Ordu, konversiya və silahsızlaşdırma Mərkəzinin eksperti Mixail Samus Ukraynanın “Espresso” verilişinin efirində ifadə edib.
 
“İndi Ukraynanın hücum əməliyyatlarını davam etdirməsi üçün yeni şərait yaradılır və məhz Rusiya Ukraynanın hücumunu dayandırmaq, nəfəs almaq və ya ehtiyat toplamaq üçün hətta məsləhətləşmələrə başlamaq üçün imkanlar axtarır. Ola bilsin, şimalda – Belarusda ehtiyat toplama, Melitopola daha çox qüvvə gətirmək və Xersonun sol sahilində daha güclü müdafiə mövqeləri və dayaqlar qurmağa çalışır”.
 
Onun sözlərinə görə, bütün bu problemləri həll etmək üçün ruslara vaxt lazımdır. Ukrayna Silahlı Qüvvələri bu dəfə onlara nəfəs dərmək üçün bu vaxtı verməsə, hücumlarını gücləndirərək işğalçılara böyük problemlər yaradacaq, 
 
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri hazırda işğal olunmuş Krımla demək olar ki, son həddə qədər zərbələr endirə bilər. Bu, atəşə nəzarət və düşmən qüvvələrinin və vasitələrinin güclü şəkildə məhv edilməsi, xüsusən də Rusiya Silahlı Qüvvələrinin hazırda problem yaşadığı sursat anbarlarının məhv edilməsi və maddi-texniki təminatın məhv edilməsi potensialı verir...

 

Bu arada Amerika Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") analitiklərinin yazdığına görə, Rusiya diktatoru Vladimir Putin Xersonun əldən çıxamsından sonra Ukraynadakı işğalçı qüvvələr qarşısında yeni hədəflər qoyub. İndi o, işğalçıların Donetsk vilayətinin bütün ərazisini ələ keçirməsini istəyir. Çox güman ki, Rusiyanın əvvəlcə Baxmut ətrafında, sonra isə cənub-qərb istiqamətində Uqledar bölgəsində oktyabrın 28-də başlanan hücum əməliyyatlarının intensivliyi bərpa olunacaq.

Lakin "ISW" ​​ekspertləri bütün səylərə baxmayaraq, Rusiyanın növbəti ədəf ciddi uğur qazana biləcəyinə inanmırlar...

Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər