4819
12 Nov 2022 | 10:21

"Azərbaycanla İran arasında münaqişə ehtimalını şişirtmək olmaz..." - Erməni nikbinliyi

Paşinyan qeyd edib ki, İran və Azərbaycanın, eləcə də Ermənistanla güclü əlaqələri var və hamının fikir ayrılığı ola bilər.
 
İranla Azərbaycan arasında münaqişə ehtimalından danışarkən bunu şişirtmək olmaz.
 
Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib.
 
Baş nazir əlavə edib ki, İranla Azərbaycan arasında dərin iqtisadi və mədəni əlaqələr var, onlar dost ölkələrdir və suallar yaranması  bir çox başqa ölkələrlə də baş verir.
 
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində İranın rolunu nədə gördüyünü soruşduqda, Paşinyan qeyd edib ki, bu ölkə mühüm regional və beynəlxalq oyunçudur, ona görə də Ermənistan iranlı tərəfdaşlarla sıx əlaqədədir.
 
O xatırladıb ki, iqtisadi sahədə də əməkdaşlıq inkişaf edir. İrandan daha çox qaz almağa imkan verən yeni yüksək tutumlu İran-Ermənistan ötürücü xətti tikilir, ondan elektrik enerjisi Ermənistanın istilik stansiyalarında istehsal edilərək İrana göndərilir, onun müəyyən hissəsi isə Ermənistanda qalır.
 
Paşinyan bildirib ki, bu sxemdən daha geniş istifadə etmək üçün daha çox xətlərinin olması lazımdır. Onun sözlərinə görə, belə bir sxem Ermənistan-Rusiya əməkdaşlığına zidd deyil. Əlavə edirik ki, Ermənistana verilən İran qazı istehlakçıların böyük hissəsinə çatmır və yalnız İrəvan İES-in, qismən də “Razdan-5” İES-in istismarı üçün istifadə olunur.
 
Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Ned Prays bu yaxınlarda keçirdiyi brifinqdə Amerikanın İrandan təhdid olacağı təqdirdə Azərbaycanı qoruya biləcəkmi sualına cavab verərkən bildirmişdi ki, Vaşinqton “İranın sabitliyi pozan təsirinə qarşı tərəfdaşlarımızı regionda və bəlkə də ondan kənarda dəstəkləməyə davam edəcək”. 
Link kopyalandı!
Son xəbərlər