Ekskluziv
5178
11 Nov 2022 | 15:46

"Qərb ölkələri uzunmüddətli perspektivdə Rusiya ilə qaçılmaz toqquşmaya hazırlaşmalıdır"

"Rusiya uzun illərdir diplomatik-siyasi diversiyalar və informasiya savaşının köməyilə Avropada sabitliyi pozmağa cəhd göstərir..."
 
"Pentaqonun yeni Milli strategiyasında Rusiya böyük təhlükə kimi göstərilib..."
 
"Yaxın zamanlarda Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun "Ramştayn" formatında 50-dən çox ölkənin iştirakı ilə yeddinci iclası keçiriləcək..."
 
Fransanın Təhlükəsizlik Şurası Rusiya ilə toqquşmaya hazırlaşmağa çağırış edib və gələcək münaqişə regionlarını açıqlayıb
 
Fransanın milli müdafiə və təhlükəsizlik üzrə Baş katibliyi dövlətin yaxın gələcəkdə üzləşəcəyi çağırışlar barədə məruzə hazırlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times" nəşri yazıb.
 
Sənəddə iqtisadi və energetika böhranı, iqlim və səhiyyə problemləri göstərilib, lakin məruzənin böyük hissəsində Rusiyadan gələn təhdidlər və onun Avropada törətdiyi müharibə yer alıb. 
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi onu göstərib ki, Qərb ökələri uzunmüddətli perspektivdə Rusiya ilə qaçılmaz toqquşmaya hazırlaşmalıdır. Müharibənin törətdiyi parçalanma və Kremlin strateji seçiminin geriyə dönməzliyi Moskva ilə qarşıdurmanı gözləməyə vadar edir, sənəddə deyilir.
 
Fransa Təhlükəsizlik Şurası qeyd edir ki, Rusiya artıq uzun illərdir sakitcə "diplomatik-siyasi diversiyalar" və "informasiya müharibəsi"nin köməyi ilə Avropada sabitliyi pozmağa cəhd göstərir və  bu strategiya indi birbaşa hərbi qarşıdurmaya girmək istəyi ilə uzlaşır. 
 
Məruzə müəlliflərinin fikrincə, Rusiyanın hərəkətverici qüvvəsi "hakimiyyətə aşkar imperialist canatması"dır, bu da "kollektiv Qərblə" qarşıdurmanı nəzərdə tutur. Sənəddə gələcək münaqişələrin potensial ünvanları da göstərilib, bunlar Aralıq dənizi, Qara dəniz, Baltik regionu, Balkanlar, Şimali Atlantika, həmçinin Afrika və Yaxın Şərqdir.
 
Məruzədə həmçinin qeyd edilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avro-Atlantik regionda "iri müharibənin qarşısının alınması üçün etibarlı və güclü nüvə çəkindirməsi qüvvələrinin saxlanılmasının zərurətini nümayiş etdirir". Əgər Putin Ukraynada nüvə şantajına görə cəzalanmadan yan keçməyə müvəffəq olubsa, o, bundan sonra da bu şantajdan istifadə etməkdə davam edəcək:
 
"Nüvə silahı ilə möhkəmlənən uğurlu məcbutetmə manevri təhlükəli presedent yaradacaq". Strateji icmalın məntiqi onu göstərir ki, Kremllə istənilən sülh sazişi atəşin müvəqqəti dayandırılması olacaq, bunun ardınca gərginliyin artırılması davam edəcək.
 
Oktyabrın 27-də Pentaqon ABŞ müdafiəsinin yeni Milli strategiyasını dərc edib və Rusiya "hökuməti qonşularını müstəqilliyinə etinasız yanaşaraq, sərhədləri dəyişdirməyə və yenidən imperiya təsir dairəsini əldə etmək üçün gücdən istifadə etməyə can atan böyük təhlükə" kimi qeyd edilib.
 
Bu gün bəlli olub ki, ABŞ Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun ("Ramştayn" formatında) 50-dən çox ölkənin iştirakı ilə yeddinci iclasını keçirmək niyyətindədir.
Link kopyalandı!
Son xəbərlər