Ekskluziv
4897
11 Nov 2022 | 07:42

"Əgər Zelenski icazə verməsə, Bayden Putinlə danışmayacaq..."

"Dünyada güc balansı çox dəyişib və hazırda Ukrayna əsas ,həlledici dövlətlərdən biridir..."
 
Politoloq və publisist Andrey Piontkovski bildirib ki, Ukrayna lideri Vladimir Zelenski ona icazə verməsə, ABŞ prezidenti Co Bayden Putinlə danışmayacaq.
 
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, siyasi şərhçi bu barədə “Arqument” proqramının yeni buraxılışında  danışıb.
 
"Ukrayna hadisələrin gedişatını təyin edir. Son zamanlar mediada elə bir tezis işlənir: guya Amerika rəhbərliyi bir qədər təşvişə düşüb ki, Ukrayna çox sürətlə qalib gəlir. İndi də Sallivan bu barədə danışmağa gəlib. Lakin Ukraynada bu söhbətlər çox sərt şəkildə rədd edilib: bu onun yekun mətbuat konfransında da göründü. Orada Sallivan bütün əsas Ukrayna tezislərini və Ukraynanın 4 sülh şərtini təkrarlamağa məcbur edildi. Məhz burada bizim Sallivanla fikir  ayrılığımız vardı”, - deyə ekspert  qeyd edib.
 
Piontkovski əmindir ki, insanlar dünyada yeni qüvvələr balansına öyrəşməyiblər.
 
"Zelenskinin icazəsi olmadan Bayden Putinlə heç bir danışıqlara getməyəcək. Bu gün Ukrayna dövlətinin və Ukrayna ordusunun statusu belədir", - deyə politoloq vurğulayıb.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər