Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
10587
09 Nov 2022 | 10:57

Bu gecə Arayiklə Vardanyanı həbs edib Bakıya gətirmək ən gözəl bayram hədiyyəsi olardı…

Putinin milyarder “desantı”na qarşı CM-nin hansı maddələri ilə cimayət işi qaldırılmalıdır?..
 
-FİKİR SAVAŞI...-
 
XX əsrin əvvəlindəki də, 1988-ci ildən bəriki hadisələrdən də bəllidir ki, Rusiyanın və onun köpəyi olan erməni qruplarına qarşı bəzən laqeyd, bəzən yersiz insanpərvər münasibət, bəzən də, təəssüf ki, xəyanətlə bağlılıq səbəblərindən düşmənlərimizin, bizə qarşı, necə deyərlər, ayaqları yer almış və daha da azğınlaşaraq məkrli hədəflərinə doğru inamla hərəkət etməyə başlamışlar…Buna saysız-hesabsız misallar çəkmək olar. Ən azı, 1988-ci ildə münaqişə yeni başlayanda “KQB”-nin qəsdən beyinlərə yeritdiyi “Əşşi, erməni bizə nə edəcək?” düşüncəsi bizə xas olan arxayınçılıq psixologiyasını gücləndirməyə başladı. Bu gün də Azərbaycana Xankəndindəki, Əsgərandakı, Ağdərədəki, Xocavənddəki erməni separatçılığı, terrorçuluğunun kökünü qazımağa imkan verməmiş Kremlin “FSB”-si-filanı yenə də xalqımız arasında bu baxışı sərgiləməyə çalışır: “Əşşi, Şuşa, Kəlbəcər, Laçın, Ağdam bizdədi, Xankəndindəkilər, Ağdərədəkilər nə edəcək?.. Onları da gec-tez Azərbaycana tabe etdirəcəyik…”
 
*** ***
Fəqət unutmaq olmaz ki, 1917-ci ildə I Dünya savaşındakı ağır məğlubiyyətindən sonra artıq çökməkdə olan, əksəriyyətin bu günkü kimi parçalanıb yox olacağına inandığı Rusiya imperiyası cəmi 4 il ərzində “odlar, küllər içindən” “SSRİ” formasında təzahür edib, müstəqilləşmiş digər respublikalar kimi, Azərbaycanı da daha 70 il işğal altında saxladı… Bu gün də Putin kimi qaniçənlərin başçılıq etdiyi Kreml bütün addımlarını öz hakimiyyətləri ilə paralel imperiyanın  qorunub saxlanması məqsədi ilə atır…
Moskva məhz bu məqsədlə 2020-ci ildə Azərbaycan ordusunun müzəffər savaşından 100 ildən sonra növbəti dəfə torpaqlarımıza bu dəfə “sülhməramlı” adı altında ordu yeritmək üçün yararlandı. Məhz bu məqsədlə bir neçə ay ərzində Xankəndinə, Qarabağın nəzarətdə saxladıqları hissəsinə 50 mindən çox haykı qaytardı və ya Ermənistandan köçürdü. Məhz bu məqsədlə Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Arayik Arutyunyan, A.Qukasyan, B.Saakyan, V.Balasanyan və s. başda olmaqla Xankəndindəki erməni separatçı və terrorçularını həbs etməsinə imkan vermədi… Elə bu məqsədlə də iki ay öncə Rusiyadakı erməni milyarder, Putinin, Medvedyevin maliyyə maxinasiyalarının icraçılarından biri olan Ruben Vardanyanın qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna gəlməsinə və onun oradakı ermənilərə maddi-mənəvi dəstək olmasına, onların kütləvi şəkildə köçməsinin qarşısını almasına şərait yaratdı…
 
*** ***
 
Və qəti bilmək lazımdır ki, Rusiya Ukraynada nə qədər məğlub duruma düşsə də, yenidən dirçəlməsi üçün Güney Qafqazdakı, Azərbaycandakı və xüsusən Qarabağdakı planlarını hər vasitə ilə həyata keçirməyə çalışacaq…
 
*** ***
Elə bu dəfə də Azərbaycanın Vardanyanın 2 aydan çox bir müddətdə hüquqi-tarixi ərazimizdəki tam qanunsuz iqtisadi, maliyyə və siyasi fəaliyyətinə qarşı rəsmi susqunluğu Putinin məharətlə oynatdığı revanşist erməni qruplarını daha da quduzlaşdırıb… 
 
*** ***
Bizim Putinin milyarder “desant”ına qarşı hüquqi addımlar atmadığımızı görən hayk qrupları Vardanyanın torpaqlarımızdan çıxarılmasını tələb edən Azərbaycan mediasına qarşı “hüquq” müstəvisində çağırışlar etməyə cəsarət göstərirlər…
Məsələn, Kremlin köləsi olan ermənilərin Rusiyada nəşr etdirdiyi “Yerkramas” portalında “Azərbaycan mətbuatında səslənən təhdidlər Rusiya qanunvericiliyini kobud şəkildə pozur” başlıqlı yazıda revanşistlər yazır:
 
“Azərbaycanın Caliber.az informasiya-analitik portalı 2022-ci il noyabrın 4-də “"Dövlət naziri" əməliyyatı: tapmaq və məhv etmək”  başlıqlı məqaləsini dərc edib və sonradan həmin material Azərbaycanın bir sıra digər informasiya resursları tərəfindən tirajlanaraq Rusiyanın "VKontakte" sosial şəbəkəsinin səhifələrində də yayılıb. ...Bu materialda, Azərbaycanlılar cənab Vardanyana qarşı birbaşa fiziki məhv təhlükəsini səsləndiriblər.
Bu faktla əlaqədar Rusiya-Ermənistan təşkilatlarının koordinasiya şurası materialları Rusiya Federasiyasının qanunvericiliyini kobud şəkildə pozan Azərbaycan KİV-lərinin hərtərəfli araşdırılması və fəaliyyətinin dayandırılması tələbi ilə RF-nin bir sıra səlahiyyətli orqanlarına müraciət edib”.
 
*** ***
 
Bəs gəlin görək, Azərbaycan dövlətinin torpaqlarımızda sülənən erməni  R. Vardanyana qarşı hansı maddələrlə cinayət işi qaldıraraq onu həbs edərək Bakıya gətirmək imkanı var:
İlkin araşdırmamıza görə bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, azı, 5 maddəsidir:
 
1. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi:Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə;
 
2. CM-nin 281-ci maddəsi: Dövlət əleyhinə yönələn açıq çağırışlar
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma;
 
3. 283.1. -ci maddə: Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə;
 
4. Qanunsuz sahibkarlıq fəaliyyəti  Cinayət Məcəlləsinin 192-ci maddəsi.
 
 
5. Maddə 314-2.: Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə(R.Vardanyan noyabrın 4-dən Xankəndində artıq qondarma “dövlət naziri” kimi fəaliyyətə başlayıb və sözsüz ki, 5 gün ərzində belə qanunsuz sənədlər də imzalayıb).
 
****
 
Azərbaycan CM-nin sadalanan maddələrin çoxunu Arayikə də, V. Balasanyana da, D.Babayana da, B.Saakyana da və s. tərbiq etmək mümkündür… Biz torpaqlarımızdan qanunsuz silahlı birləşmələrin çıxarılmasıyla yanaşı, onların da həbs olunmasını hələ 2020-ci il noyabrın 9-da ərazimizə “sülhməramlı” yeridən Putin qarşısında qəti şərt kimi qoysaydıq, bu gün heç nəinki Vardanyan, ümumiyyətlə, Xankəndində separatçı-terrorçu bir cinayətkar qurumun, eləcə də onların silahlı birləşmələrinin varlığıyla üz-üzə qalmazdıq… 
 
*** *** 
 
Amma indi də Azərbaycan dövləti Arayiki də, Vardanyanı da, Balasanyanı da, Babayanı da və s. Xankəndindəki yataqlarında sakitcə yaxalayıb  Bakıya gətirmək imkanına malikdir. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun birləşmələrində və qurumlardakı xüsusi təyinatlıları bunu bacararlar. Elə bu Zəfər və Bayraq günü bayramlarının qovuşduğu günlərdə  heç olmasa, Arayikin və Vardanyanın qulağından tutub Bakıya gətirmək xalqımız üçün ən gözəl bayram hədiyyəsi olardı…
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər