Rusiya ordusu
Ekskluziv
4190
08 Nov 2022 | 11:19

Rusiya ordusu "batır"... Yalnız bir şəhər istiqamətində 300 döyüşçü itirdi...

"Rusiya qoşunlarının Pavlovkada Uqledar istiqamətindəki mövqeyi, demək olar ki, dəhşətlidir". Müharibənin Öyrənilməsi İnstitutundan ("ISW") olan Qərb analitikləri izah edirlər ki, bunu "hərbi müxbirlərin" Rusiya Müdafiə Nazirliyini tənqid etmə tonu  və Şoyqunun nazirliyinə ictimai reaksiya da göstərir.
 
Moderator.az xəbər verir ki, bu haqda "UNİAN" məlumat yayıb.
 
"Nazirlik Rusiyanın Uqledar istiqamətində itkiləri ilə bağlı quru şərhlə çıxış etdi, raşist bloqçular isə bu faktdan hiddətləndilər.
 
Rusiya Müdafiə Nazirliyinin bloqçularının qəzəbinə ictimai reaksiyası bəzi təbliğatçıların informasiya məkanında Rusiya Müdafiə Nazirliyinə əhəmiyyətli təsir rıçaqlarının olduğunu və eyni zamanda Pavlovkada vəziyyətin cavab tələb edəcək qədər ağır olduğunu göstərir" -analitiklər belə deyirlər.
 
Xatırladaq ki,  dünən Moderator.az  Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında əks-hücum cəhdi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilən Sakit okean donanmasının 155-ci dəniz briqadasının əsgərlərinin  Primorsk vilayətinin qubernatoru Oleq Kojemyak vasitəsilə ali baş komandan V.Putinə ünvanlanmış şikayət məktubunun dərc olunması haqda məlumat yaymışdı. Rusiya dəniz piyadaları "nəhəng generallar”ın “diqqətlə” planlaşdırılmış hücumu nəticəsində 4 gün ərzində 300-ə yaxın döyüşçü itirdiklərini bildirib.
 
Şikayət məktubunda hərbçilər xüsusən 2020-ci il noyabrın 10-dan Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının komandanı general-leytenant Rüstəm Muradovdan narazılıq edirlər. Hazırda R.Muradov deyilən istiqamətdə Rusiyanın işğalçı əməliyyatlarına komandanlıq edir...
 
Sultan Laçın 
 
 
Link kopyalandı!
Son xəbərlər