Putin qambiti -
Ekskluziv
3259
07 Nov 2022 | 12:21

Putin qambiti - "Qana boyanan taxtada qaynar savaş..."

Rusiya ilə Qərb arasında münaqişə şahmat taxtası arxasında qarşıdurmaya bənzəyir
 
"Bu, bloklar arasında qansız-sakit, passiv, ehtiyatlı, intellektual, intizamlı döyüşün metaforası olub..."
 
"Spasski ilə Fişer arasında qarşıdurma iki ideya, iki dünyagörüşün ən mühüm siyasi qarşıdurması kimi qəbul edilib..."
 
"Karpov ilə Kasparov arasında qarşıdurma bir ölkə daxilində hakim rejimlə dissidentlik arasında mübarizəyə çevrilib..."
 
"Kral qambitində "kralı""çara", "çarı" isə "Putinə" dəyişsək, Ukraynadakı münaqişənin metaforası - qana boyanan taxtada qaynar savaş yaranacaq..."
 
Anatloli Karpovla bağlı insident uzun illər şahmat qarşıdurmalarında qalibin bütün sahəyə nəzarət edən SSRİ olduğunu xatırladıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" nəşri yazıb.
 
Müəllif Ukraynadakı münaqişəni rəqiblərin bir-birini ötməyə, gedişləri öncədən proqnozlaşdırmağa və özündən önə buraxmamağa çalışan şahmat oyunu ilə müqayisə edir.
 
Anatoli Karpovun başına gələn hadisə bizi həm də şahmat taxtasında döyüşün getdiyi "soyuq müharibə" dövrünə qaytarıb. Bu açıq qarşıdurmada bir parlaq fərd digəri ilə bircə məqsədlə vuruşub-qələbə bir nəfərin olsun, şahmat öz sözünü deyib. Bu, bloklar arasında qansız-sakit, passiv, ehtiyatlı, intellektual, intizamlı döyüşün ideal metaforası olub...
 
Formada olan əsgər kimi, kostyumda olan oyunçu rəqibini ötməyə, onun gedişlərini duymağa, öz növbəsində onun da irəli getməsinə imkan verməməyə çalışıb. Yumşaq strategiyaların döyüşü, aldatmaq oyunu, intellektual hiylələr, yaxın döyüşdə sərt və lal sinir hüceyrələrinin qılınc
oynatması baş verib. Odsuz, partlayışsız, qansız, ölümsüz...
 
SSRİ üçün 64 dama onun ərazisi olub. Və ideoloji üstünlüyünün  qırmızı bayrağı altında və istisnasız hüquqla onları silahla öz sərhəddini müdafiə etdiyi kimi müdafiə edib.
 
İkinci dünya savaşından öncə çempion Dövlət Duması deputatının oğlu, 1927- ci ildə sevgi səbəbindən Fransa vətəndaşı olan Aleksandr Alyoxin olub. Savaşdan sonra 1948-ci ildən başlayaraq şahmat həyatı canlanıb, dünya taxtında sovet vətəndaşları Mixail Botvinnik (3 dəfə), Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan (iki dəfə) və Boris Spasski bir-birini əvəzləyib.
 
1972-ci ildə Bobbi Fişer peyda olub. O, təkcə Qərbdən deyil, ABŞ-dan olub. Reykyavikdə Spasski ilə qarşılaşma "dəmir pərdə"nin hər iki tərəfindən bir-birinə qarşı duran ideyalar və əks dünyagörüşünü təmsil edən iki bacarıqlı çempionun ən mühüm siyasi qarşıdurması kimi qəbul edilib. Sadəcə, iki adam yox, iki rəmz kimi. Fişer belə damğaya qarşı olmayıb, mümkündür ki, onu belə dəyərləndirməyib. Spasskiyə isə bu, ağır gəlib. Ona görə də məğlub olduqdan sonra o, əvvəlki münasibəti itirərək, 1984-cü ildə Fransa uğrunda çıxış etməyə başlayıb.
 
Moskva şahmat iyerarxiyası təkcə şahmat tacını SSRİ-yə qaytarmaq üçün deyil, daha çoxunu, itirilən birinciliyi-hegemonluğu qaytarmaq üçün gənc və istedadlı Karpovu seçib. Amma ona Fişerə qalib gəlmək lazım olmayıb. Amerikalı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) tələbləri ilə razılaşmadığından dueldə iştirak etməkdən imtina edib. O zaman onda dahilərin əziyyət çəkdiyi psixoloji pozuntular inkişaf etməyə başlayıb.
Karpov bundan sonra çempion adını əldə etmək üçün başqa sovet oyunçularına-Spasskinin özünə, Lev Poluqayevskiyə və Viktor Korçnoya qalib gəlməli olub. Sonuncu vətəndaşlıqdan məhrum edilib və ölkədən gedib. Nəticədə Karpova oyunsuz dünya çemionu adı verilib. Bu, 1975-ci ildə baş verib.
 
Dünya şahmatında yeni dövr, bir ölkə daxilində bir növ "soyuq müharibə" başlanıb. O zaman SSRİ-də daha bir istedad meydana çıxıb, bu, Harri Kasparov olub (hazırda Rusiyada "xarici agentlər" sıyahısındadır). Azərbaycanlı rejimi artıq tabeolmama və şübhələr zamanında tənqid edib. Onun Karpovla rəqabət aparmasına hakim rejimlə dissidentlik arasında mübarizə kimi baxılıb. Köhnə qvardiya ilə yenidənqurma arasında mübarizə kimi.
 
1984-1990-cı illər arasında olan dövrü dünya idman tarixində çox ciddi rəqabət dövrü kimi səciyyələndirmək olar. Kasparovadək 1978 və 1981-ci illərdə Karpov ən yaxşı oyunçu hesab edilən Korçnoyu məğlub edərək, ona dünya çempionu olmağa imkan verməyib. 1984-cü ildə o, Kasparova qalib gəlib. 1985, 1986, 1987 (Sevilyada) və 1990-cı illərdə Kasparov zirvədə olub. 5581 gedişdən və 144 partiyadan sonra yeni kral meydana gəlib. Kasparov beş dünya çempionatından üçündə qalib gəlib, birini uduzub və birini heç-heçlə başa vurub. Şahmatçı 21 partiyada qalib gəlib, 19-nu uduzub və 104-də heç-heç edib. Onu Karpovdan cəmi iki xal ayırıb.
 
1993-2002-ci illərdə Peşəkar Şahmat Assosiasiyası yaradılması və Kasparovun FİDE-dən getməsilə əlaqədar olaraq baş verən parçalanmadan sonra onların sonrakı trayektoriyaları az əhəmiyyətli deyil, lakin əvvəlki təəssüratı yaratmır. Çemoionlar arasında ixtilaflara rəğmən, onların arasında barışmaz şəxsi və siyasi mövqelərindən kənara çıxan müəyyən əlaqə də yaranıb. Belə ki, 2007-ci ildə Karpov Kasparovu həbsxanada ziyarət edib.
 
Putin partiyasının və Dövlət Dumasının üzvü olan Kasparov Rusiyanın Ukraynadakı hərəkətlərinə dəstək verməyib, lakin Donetsk və Luqansk "xalq respublikaları"nın müstəqilliyinin tanınmasına səs verib. Nə qədər paradoksal olsa da, mükafatlarının arasında Çernobıl fəlakətindən zərərçəkənlərə yardım göstərilməsində şəxsi tövhə verdiyi üçün "Xidmətlərinə görə" ordeni də var. Həyatda və tarixdə çoxsaylı dönüşlər olur...
 
Şahmatda kral qambiti rəqibə kralın yanında dayanan piyadanın təklif edilməsi ilə səciyyələnən debütdür. Ağlar bu fiquru oyunda təşəbbüsü ələ keçirmək üçün mübadilə kimi təklif edir. Bu, riskli gedişdir. Əgər "kralı" "çara", "çarı" isə "Putinə" dəyişsək, Ukraynadakı münaqişənin metaforası- qana boyanan taxtada qaynar münaqişə yaranacaq...
 
Müəllif: Karlos Toro
Link kopyalandı!
Son xəbərlər