3805
06 Nov 2022 | 17:34

"Ağ ev Kiyevdən Putinlə bağlı mövqeyinə yenidən baxmağı xahiş edir"-"Washington Post"

"Məqsəd vətəndaşları müharibənin uzun illər ərzində davam edəcəyi perspektivindən narahat olan ölkələrə dəstək verməkdir..."
 
"Ukraynadan yorulmaq bəzi tərəfdaşlarımız üçün gerçək problemdir..."
 
Co Bayden administrasiyası özəl qaydada Kiyevə Rusiya ilə danışıqlara hazır olmasını nümayiş etdirməyə çağırış edib.
 
ABŞ Ukraynadan həmçinin Rusiya ilə yalnız Vladimir Putinin hakimiyyətdən gedəcəyi təqdirdə danışıqlar aparmağın mümkünlüyü barədə açıq mövqeyindən imtina etməyi xahiş edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ evdəki mənbələrə istinadən "Washinhton Post" qəzeti məlumat verib.
 
Qeyd edilir ki, Amerika rəsmi şəxslərinin xahişi Kiyevi danışıqlar masasına sürükləməyə yönəlməyib. Mənbələr dəqiqləşdirib ki, bu  xahişin məqsədi vətəndaşları müharibənin uzun illər ərzində davam edəcəyi perspektivindən narahat olan ölkələrə dəstək verməkdir.
 
"ABŞ-ın rəsmi şəxslərinin Ukrayna həmkarlarının Putinin danışıqlara qeyri-ciddi yanaşması barədə fikrini bölüşmələrinə rəğmən, etiraf edir ki, Vladimir Zelenskinin onunla danışıqlara qadağa qoyması Avropa, Afrika və Latın Amerikanın bəzi hissələrində naraharlıq doğurur.
 
Oralarda Rusiya-Ukrayna müharibəsi dağıdıcı nəticələrə gətirib çıxarır, ərzaq məhsulları və yanacağın mövcudluğu, onların qiymət artımına təsiri xususilə kəskin şəkildə hiss edilir", - nəşr yazır.
 
Amerika hökumət dairələrində diskusiyalar Bayden administrasiyasının Ukraynaya münasibətdə mövqeyinin nə qədər mürəkkəb olduğunu göstərir, çünki ABŞ-ın rəsmi şəxsləri Kiyevə tələb olunanadək böyük məbləğdə vəsaitlərlə dəstək verməyi vəd edir, bu zaman müharibənin bitəcəyinə ümid edir. Bu müharibə son səkkiz ayda dünya iqtisadiyyatına ağır zərər vurub və nüvə müharibəsi qarşısında qorxu törədib, - jurnalistlər qeyd edir.
 
"Ukraynadan yorulmaq bəzi tərəfdaşlarımız üçün gerçək problemdir", - bunu jurnalistlərə adını açıqlamayan amerikalı məmur deyib.
 
Xatırladaq ki, oktyabrın əvvəlində Vladimir Zelenskinin imzaladığı fərmanda "Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkün olmadığı" qeyd edilir. Bu fərmana səbəb Ukraynanın Rusiya tərəfindən formal ilhaq edilən əraziləri olub. Zelenski bu barədə əvvəlcədən xəbərdatlıq edib.
 
Rusiya və şəxsən Putin danışıqlara hazır olduğunu bəyan etsə də, ilhaq etdiyi ərazilərin müzakirə edilməyəcəyini bildirir, bu isə Kiyev üçün qəbuledilməzdir.
 
"Wasington Post" qeyd edir ki, Rusiyanın müharibənin dayandırılmasına potensial olaraq can atması Ukrayna qoşunlarının getdikcə işğal edilən əraziləri geri qaytarması və Putin üçün önəmli olan rayonlara-Krıma və Azov dənizi boyunca yerləşən şəhərlərə yaxınlaşmasından sonra güclənib.
Link kopyalandı!
Son xəbərlər