Kiyev əhalisi tam təxliyə edilə bilər...
Ekskluziv
3314
06 Nov 2022 | 16:58

Kiyev əhalisi tam təxliyə edilə bilər...

"Şəhər bələdiyyəsi sakinlər üçün min qızdırılan sığınacaq hazırlayır..."
 
"Vəziyyət dəhşətlidir, olkənin energetika infrastrukturunun 40 faizi zədəlınib və ya dağıdılıb..."
 
"Rusiya hücumlarını davam edərsə, elektrik təchizatı tamamilə kəsilə bilər..."
 
Kiyev şəhər hakimiyyəti Rusiyanın atəşləri səbəbindən elektrik enerjisinin tam kəsiləcəyi təqdirdə üç milyonluq paytaxt sakinlərinin kütləvi təxliyəsini planlaşdırıb. Şəhər bələdiyyəsi sakinlər üçün min qızdırılan sığınacaq hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.
 
Vəziyyət dəhşətlidir. Ukraynanın energetika infrastrukturunun 40 faizi zədələnib və ya dağıdılıb. Bələdiyyə işçiləri min qızdırılan sığınacaq yaradır və onlardan bunkerlər kimi istifadə etmək mümkün olacaq.  
 
Eyni zamanda mühəndislər zəruri avadanlıq olmadan bombalara məruz qalan elektrik stansiyaları bərpa etməyə cəhd göstərir.
 
Şəbəkənin tam dayanmasının qarşısını almaq üçün Ukraynanın milli energetika şirkəti bəyan edib ki, yeddi regionda elektrik enerjisinin fasilələrlə verilməsi nəzətdə tutulub.
 
Ukraynanın elektrik enerjisi ilə təmin etmək qabiliyyətinin bu qədər yüklənməsi bütün ölkə boyunca kritik energetika infrastrukturunun Rusiyanın HHQ tərəfindən geniş miqyaslı bombardman edilməsinin nəticəsidir.
 
Qoşunları döyüş meydanında dəfələrlə uğursuzluğa düçar olan Putin belə taktikaya əl atıb, analitiklər bu fikirdədir. Rusiya zərbələrinin vurduğu zərər Ukraynanın  mülki əhalisinə yeni əzablar yaşadıb.
 
"Biz anlayırıq ki, Rusiya öz hücumlarını davam edərsə, biz elektrik təchizatımızı tamamilə itirə bilərik", - bunu nəşrə  müsahibəsində Kiyev administrasiyasının bələdiyyə təhlükəsizliyi Departamentinin direktoru Roman Tkaçuk deyib.
 
Onun sözlərinə görə, paytaxt məmurlarına məlumat verilib ki, şəbəkınin tamamilə dayanması həddində olacağı təqdirdə 12 saat öncə xəbərdarlıq ediləcək. Əgər vəziyyət bu həddə çatarsa, "biz insanları məlumatlandıracaq və şəhərdən getməyə çağırış edəcəyik".
 
Roman Tkaçukun deməsinə görə, hal-hazırda vəziyyət idarə olunandır və dinc sakinlərin şəhəri kütləvi şəkildə tərk etməsinin hər hansı əlamətləri yoxdur. 
 
Lakin əgər şəhər elektrik enerjisinə bel bağlayan xidmətlər öz işini dayandırsalar, vəziyyət tez bir zamanda dəyişəcək.
 
"Əgər elektrik olmasa, su və kanalizasiya da olmayacaq, - məmur izah edib. - Ona görə də hal-hazırda hökumət və şəhər administrasiyası bizim enerji təchizatı sistemimizin mühafizəsi üçün bütün mümkün tədbirləri görür".
 
Qış yaxınlaşdıqca, şəhərdə 1000 qızdırılan sığınacaq hazırlanır ki, onlar həm də dinc sakinlərin qoruyacaqdır. Onların əksəriyyəti təhsil müəssisələrindədir, lakin hakimiyyət onların asan hədəfə çevrilməməsi üçün dəqiq yerləri barədə məlumat verməməyi xahiş edir.
 
Mühəndislər bütün şəhərdə zədələnən elektrik təchizatı infrastrukturunun təmiri ilə məşğuldur. Gələcək hücumlardan zərərin azaldılması üçün onlar elektrik stansiyalarını partlayış əleyhinə divarlarla mühafizə edir.
Link kopyalandı!
Son xəbərlər