"Mən Zelenskiyə övladım kimi münasibət göstərmişəm, o isə bizə qarşı ilk olaraq sanksiyalar tətbiq edib..."
"Biz xüsusi hərbi əməliyyatda iştirak edirik və bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük və heç bir yerə hərbçilər göndərmirik..."
"Bizim məqsədimiz bu münaqişənin Belarus ərazisinə keçməsinə yol verməməkdir..."
"Ukraynalılar bizim ərazimizə silahla ayaq basmayacaqlarsa, buyursunlar, onları əllərimiz üstündə gəzdirərik, siz bizlərə doğmasınız..."
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynada "xüsusi hərbi əməliyyat"da iştirakını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilib. Məlumatı "Qazeta.ua" nəşri yayıb.
Prezident bəyan edib ki, Ukrayna ordusu Belarus ərazisinə hücum edərsə, bu, ona "baha başa gələcək".
Belə bəyanatları Belarus lideri hərbi təhlükəsizlik məsələləri üzrə müşavirədə və Belarus milli biotexnoloji korporasiyasını ziyarəti zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
"Biz orada iştirak edirik, biz bunu gizlətmirik. Lakin biz heç kimi öldürmürük. Biz heç bir yerə hərbçilər göndərmirik. Biz öz öhdəliklərimizi pozmuruq", - Lukaşenko deyib.
Bu zaman Belarus lideri Belarusun Rusiya-Ukrayna münaqişəsində iştirakının əsas məqsədlərini açıqlayıb.
"Bizim iştirakımız ondan obarətdir ki, bu münaqişənin Belarus ərazisinə keçməsinə yol verilməsin, bu, birincisidir, - Lukaşenko vurğulayıb.
İkincisi, xüsusi hərbi əməliyyat adı altında Polşa, Litva və Latviyadan Belarusa zərbə vurulmasına yol verməməkdir. Dediyim kimi, Belarus ərazisindən heç kim rusların kürəyinə güllə vurmayacaq. Budur bizim iştirakımız".
Daha sonra adıçəkilən korporasiyanı ziyarət edərkən, Belarus prezidenti bir daha təsdiq edib ki, onun Ukraynaya hərbçilər göndərmək niyyəti yoxdur.
"Bu gün hay-küy salırlar: "Lukaşenko öz hərbi qulluqçularını Ukraynaya göndərmək istəyir!" - Belarus lideri qeyd edib. - Mən min dəfə demişəm ki, belə planlarım yoxdur".
Onun fikrincə, Ukrayna tərəfinin ona qarşı iddialar irəli sürməsimə haqqı yoxdur.
"Həm də siz mənim Ukrayna barədə mövqeyimi görmüsünüz, - o, vurğulayıb. - Orada mən nələri etmədim! Və bizə qarşı ilk sanksiyaları tətbiq edən Kiyev, öz övladım kimi münasibət göstərdiyim Volodya Zelenski olub.
Bunu da etdim, onu da etdim, Rusiyadan xahiş etdim...Mən heç burada danışmaq istəmirəm. Onlar bizə qarşı sanksiyalar tətbiq edib! Nədən? Çünki onlar müstəqil deyil. Onlara amerikalılar polyaklar vasitəsilə komanda verilib və onlar da sanksiyalar tətbiq etməyə başlayıb.
Bizim üçün səmanı bağlayıblar. İndi niyə mənə müraciət edib və məndən inciyirsiniz? Biz Rusiya ilə müttəfiqlik razılaşmalarımızı icra edirik".
Eyni zamanda o, ukraynalı hərbçilərə Belarusa düşmənçilik niyyətləri ilə gələcəkləri barədə xəbərdarlıq edib.
"Əgər onlar bizim ərazimizə silahla ayaq basmasalar, buyursunlar. Biz sizi müalicə edərik, əllərimizdə gəzdirərik, siz bizlərə doğmasınız, amma silahla gəlsəniz, bu suzə baha başa gələcək".