Ekskluziv
3736
06 Nov 2022 | 12:06

"Netanyahu İranın nüvə obyektlərini bombalamaq əmrini verəcəkmi?" - AKTUAL...

"Əgər İranla nüvə sazişi əldə edilməsə və ABŞ müstəqil surətdə hərəkət etməsə, Netanyahu bunun üzərində işləyəcək..."
 
"Əgər seçim yoxdurda, kimsə məsuliyyəti öz üzərinə götürməlidir..."
 
"İsrail ekzistensial təhlükə ilə üzləşərsə, başqa seçim olmayacaq..."
 
"Likud" partiyasımın üzvü, əvvəllər nazir postlarını tutan Tsaqi Xaneqbi hesab edir ki, Binyamin Netanyahu İranın nüvə obyektlərinin bombalanması barədə əmr verəcək. 
 
Moderator.az xəbər verir ki, bu barədə 12-ci kanalın studiyasında "Ulpan şişi" verilişində güman edilib.
 
Jurnalist Danni Kuşmaro qonağa belə bir sualla müraciət edib: 
 
"Netanyahu altıncı dəfədir ki, baş nazir postuna iddialıdır. Elə bir şeyi açıqlayın ki, o, bunu dəqiq icra edəcək".
 
Cavabında Xaneqbi mülahizə yürütməyə başlayıb. O, güman edib ki, çox şeylər ediləcək, çünki Netanyahu böyük ehtimalla dörd il hökumət başçısı vəzifəsini tutacaq. Amma ən kritik məsələ İranın nüvə proqramıdır.
 
"Biz İranla böyük dövlətlər arasında danışıqlar getdiyini və bu danışıqların faktiki olaraq başa çatdığını artıq unutmuşuq. Əgər onlar sazişlə bitməzsə və ABŞ müstəqil surətdə hərəkət etməzsə, baş nazir Netanyahu İrandakı nüvə obyektlərinin məhv edilməsi üzərində işləyəcək", - Xaneqbi bəyan edib.
 
Onun sözlərinə görə, bu, edilməsə, İsrail ekzistensial təhlükə ilə üzıəşəcək.
 
Jurnalist dəqiqləşdirici sual verib: 
 
"Siz İranın nüvə obyektlərinə bombalardan istifadə edilməklə hücumdan danışırsınız?"
 
Xaneqbi cavab verib ki, Netanyahunun seçimi olmayacaq. O, 1981-ci ildə Beginin, 2007-ci ildə Olmertin etdiklərini edəcək.
 
Studiyanın qonaqlarından biri siyasətçinin bunu Netanyahudan şəxsən eşitdiyi, yoxsa güman etdiyi barədə sual edib. 
 
Xaneqbi deyib ki, bu, onun öz fikridir, lakin bu fikir gələcək baş nazirlə 35 ildən çox müddətdə dostluğa əsaslanır:
 
"Əgər seçim yoxdursa, kimsə məsuliyyəti öz üzərinə götürməlidir. Bu, Netanyahu olacaq".
Link kopyalandı!
Son xəbərlər