Ekskluziv
3468
04 Nov 2022 | 15:44

"Nədən bizim işimiz haqq işidir və nədən qələbə bizimlə olacaqdır?.."

"Bizə başqalarının əraziləri lazım deyil, biz öz torpağımız, öz minillik tariximiz uğrunda vuruşuruq..."
 
"Ukrayna xalqının və onun liderlərinin inam və idealları yoxdur, ona görə də onlara qarşı savaşa qalxaraq biz İlahi güc əldə etdik..."
 
"Rusiyanın müqəddəs vəzifəsi cəhənnəmin ali hökmdarını dayandırmaqdır, çünki onun məqsədi ölüm, bizim məqsədimiz həyatdır..."
 
Rusiya bütün düşmənlərini cəhənnəmə göndərə bilər, amma bu, bizim vəzifəmiz deyil. Rusiya "ölməkdə olan dünya"ya qarşı vuruşur.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün Telegram-kanalında Rusiyada qeyd edilən 4 noyabr xalq birliyi Günü münasibətilə yazıb.
 
"Biz nə uğrunda vuruşuruq? Rusiya nəhəng və zəngin ölkədir. Bizə başqalarının əraziləri lazım deyil, bizim hər şeyimiz boldur. Lakin bizim üçün müqəddəs olan, əcdadlarımızın yaşadığı və bu gün də insanlarımızın yaşadığı torpağımız var. Və biz o torpağı heç kimə verməyəcəyik, - Kremlin qəsbkarlıq siyasətini Medvedev "Nədən bizim işimiz haqq işidir?" başlıqlı məqaləsində izah edib. - Biz öz insanlarımızı müdafiə edirik. Biz özümüzünkülər, öz torpağımız, öz minillik tariximiz uğrunda vuruşuruq".
 
Müasir Rusiyanın düşmənlərindən danışarkən, Medvedev vurğulayıb: "Biz bizə nifrət edənlərə, dilimizi, dəyərlərimizi və hətta inancımızı qadağan edənlərə, Vətənimizin tarixinə nifrət hissi aşılayanlara qarşı döyüşürük".
 
"Bu gün ölməkdə olan dünyanın bir hissəsi bizə qarşıdır, - Medvedev hesab edir. - Bunlar bir yığın nasist-narkoman, onların beyinlərini zəhərlədiyi və qorxu içində saxladığı xalq və Qərb itxanasında hürən böyük it sürüsüdür. Onlarla birgə yararsız donquldanan çoşkalar və dağılmış Qərb imperiyasının ağzının suyu çənəsinə tökülən meşşanlar yığınıdır".
 
Medvedevin fikrincə, Ukrayna xalqında və onun liderlərində "özlərinin uydurdurqları əxlaqsız vərdişlər və normal insanlara bəxş edilən əxlaqı inkar edən yaydığı ikili standartlardan savayı inam və idealları yoxdur". 
 
Ona görə də onlara qarşı savaşa qalxaraq, biz İlahi güc əldə etdik", -  Medvedev izah edir. 
 
Özünün verdiyi "Nədən biz uzun müddət susmuşuq?" sualına cavabında müəllif deyir ki, "biz zəif idik və zamansızlıqla viran olmuşduq". Onun fikrincə, indi Rusiya SSRİ-nin dağılmasından sonra bərpa edilib və "əvvəlki Vətənimizin yox olmasından sonra son onilliklərdə qərq olduğumuz yuxudan ayıllb və kədərli zülmətdən xilas olmuşuq".
 
Medvedev əmindir ki, "bu oyanışı özlərinin dəhşətli müstəmləkəçilik keçmişini xəyal edən və dünya üzərində öz hakimiyyətini saxlamaq ehtirası ilə alışıb yanan qaranlıq hakimləri, quldarlar və zalımlar tərəfindən zorlanan digər ölkələr də gözləyib. Lakin onlar da tezliklə "tamamilə və birdəfəlik oyanacaqlar".
 
"Bizim bütün düşmənlərimizi cəhənnəmə göndərmək imkanımız var, amma bu, bizim vəzifəmiz deyil", - 
Medvedev qeyd edib. 
 
Onun sözlərinə görə, Rusiyanın müqəddəs vəzifəsi "cəhənnəmin ali hökmdarını dayandırmaqdır", "çünki onun məqsədi ölüm, bizim məqsədimiz həyatdır".
 
"Onun silahı yalan, bizim silahımız həqiqətdir. Məhz buna görə də bizim işimiz haqq işidir. Məhz buna görə də qələbə bizimlə olacaqdır! Bayramınız mübarək olsun!"
 
Rusiyanın əvvəlki dostlarından danışarkən Medvedev deyib ki, "bəzi qorxaq tərəfdaşlarımız bizdən üz döndərib".
 
"Cəhənnəm olsunlar, deməli, onlar bizə dost olmayıb, təsadüfi yol yoldaşı, qırsaqqız olub yapışan və bizim qırıntılarımızla qidalanan olublar", - Medvedev yazıb.
Link kopyalandı!
Son xəbərlər