"Hakimiyyət, paranoya və üç dost Vladimir Putinlə birgə cinayət törədib..."
"Onlar Putini Rusiyanı Qərb tərəfdən yaxınlaşmaqda olan strateji hücumdan önləyici zərbə ilə xilas etməyə inandırıb..."
"Ukrayna, sadəcə, iki sabiq fövqəldövlətin maraqlarının toqquşduğu döyüş meydanına çevrilib..."
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putini Ukraynaya tammiqyaslı hərbi müdaxilə etməyə onun yaxın ətrafından üç nəfər inandırıb.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri Rusiyanın hakim dairələrində olan öz mənbəsinə istinadən yazıb.
"Hakimiyyət, paranoya və üç dost Vladimir Putinlə birgə cinayət törədib", - Ukraynanı zəbt etmək ideyasının mənbələrini britaniyalı yazıçı, tarixçi və jurnalist Ouen Metyuz belə təsvir edir.
Rusiyanın hakim dairələrində yüksək vəzifəli yoxlanılan və adlarının açıqlanmasını istəməyən mənbələrdən alınan məlumata görə, Ukraynaya qarşı hərbi əməliyyatlara Rusiya liderini RF Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və milyardçı Yuri Kovalçuk inandırıb.
Jurnalistin sözlərinə görə, Putinin "böyük etimad göstərdiyi ən köhnə, və, təəssüf ki, ən quzğun və paranoidal müttəfiqləri onu "Rusiyanı Qərb tərəfdən yaxınlaşmaqda olan strateji hücumdan önləyici zərbə ilə xilas etməyə" inandırıb.
"Ukrayna yalnız iki keçmiş fövqəldövlətin maraqlarının toqquşduğu döyüş meydanı və, Putinin yaxın ətrafının fikrincə, sadəcə, mövcud olmayan yer olub", - jurnalist yazır.
Bu sırınan tezisə illyustrasiya olaraq "The Times" nəşri "Putinin sabiq cangüdəni, hazırda Rusiya Qvardiyasına rəhbərlik edən" Viktor Zolotovun sözlərindən iqtibas gətirir:
"Ukrayna mövcud deyil", - general "Exo Moskvı" radiostansiyasının baş redaktoru ilə söhbətində deyib.
Rusiya müdafiə naziri Sergey Şoyquya gəldikdə isə, Metyuzun fikrincə, onun rolu artıq qəbul edilən və planlaşdırılan qərarın icrasından ibarət olub.
Qeyd edilir ki, Rusiyanın hakim dairələrinin elit nümayəndələrinin əksəriyyəti üçün Ukraynaya hücum tamamilə gözlənlməz olub, çünki onlar qabaqcadan bu barədə məlumatlandırılmayıb.
Nilolay Patruşev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, Rusiya FTX-nin sabiq direktoru (1999-2008), ordu generalı (2001-ci ildən), "Vətən qarşısında xidmətlərinə görə" ordeni mükafatçısıdır.
Fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi müdaxilə səbəbindən ABŞ, Böyük Britaniya, Yaponiya və başqa ölkələrin sanksiyaları altındadır. Putin kimi, o da əslən Leninqraddandır.
Aleksandr Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, ordu generalıdır ( 2006-cı ildən). Rusiya Federasiyasının Qəhrəmanıdır.
2014-cü ildən Ukraynanın şərqində hərbi münaqişə ilə əlaqədar olaraq Avropa İttifaqı və Kanadanın, 2020-ci ildən Aleksey Navalnıya sui-qəsdlə bağlı Avropa İttifaqı və Böyük Britaniyanın və 2022-ci ilin fevralından Rusiya tərəfindən "DXR" və "LXR"-in müstəqilliklərinin tanınmasına cavab olaraq ABŞ-ın sanksiyaları altındadır.
Leninqaradda və Leninqrad vilayətində Dövlət Təhlükəsizlik orqanlarında xidmət keçib.
Yuri Kovalçuk rusiyalı sahibkar, "Rusiya" bankının əsas səhmdarı və Direktorlar Şurasının keçmiş sədridir.
Avropa İttifaqı, ABŞ, bir sıra başqa ölkələrin sanksiyaları altındadır. Əslən Leninqraddandır.