Görüş zamanı Putinin əsəbiləşdiyi aydın görünür. O, ümid etdiyini bildirib ki, elektrik enerjisinin olmaması Reşetnikovun Rusiya Federasiyasına investisiyalar barədə ona hesabat verməsinə mane olmayacaq. Sonradan Moskvada elektrik enerjisinin verilməsi bərpa olunub...
Xəbərdə daha sonra deyilir:
"Moskvada çoxfunksiyalı “Q-kvartal” kompleksinin üç qülləsi işıqsız qalıb, insanlar oradan təxliyə edilib. Evlərdə həyəcan siqnalları işə düşüb. 5 lift işləməyib, 4 nəfər liftlərdə qalıb. Onlar tibbi yardım istəyiblər. Xüsusilə, Rusiya İqtisadi İnkişaf Nazirliyinin binasında insanlar 24-25-ci mərtəbələr arasında liftdə ilişib qalıblar".
"Rusiyalı terrorçular oktyabrın 10-dan müntəzəm olaraq Ukraynanın enerji infrastrukturunu atəşə tutur. Ona görə də ölkəmizdə elektrik enerjisi ilə bağlı problemlər yaranır, energetiklər qəzanı təcili aradan qaldırarkən ukraynalılar qaranlıqda oturmağa məcbur olurlar" -deyə Ukrayna nəşri xatırladır.