"Rusiya bu yolla stansiyanı Rusiyanın enerji sisteminə qoşmağa cəhd edir..."
"Biz bir daha beynəlxalq birliyə Zaporojye AES-in demilitarizasiyasını, bütün dünyanın təhlükəsizliyi naminə yenidən Ukraynanın tam nəzarətinə keçməsini təmin etməyə çağırış edirik..."
"Stansiyanın ərazisində, guya, Ukrayna diversantlarının gizlətdiyi partlayıcı maddə aşkar edilib..."
Zaporojye Atom Elektrik Stansiyası atəşlər səbəbindən tamamilə eberjisizləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "Enerqoatom" şirkəti məlumat verib. Məlumatı "УНИАН" nəşri yayıb.
Qeyd edilir ki, dünən stansiyanın Ukrayna enerji sistemi ilə iki yüksəkvoltlu rabitə xətləri zədələnib.
Ukraynanın "Enerqoatom" şirkətinin fikrincə, Rusiya bu yolla stansiyanı Rusiyanın enerji sisteminə qoşmağa cəhd edir.
Hazırda AES-də stansiyanın öz tələbatını təmin edən doqquz dizel-generator işləyir. Onlar üçün yanacaq 15 sutkaya kifayət edəcək.
"Biz bir daha beynəlxalq birliyə qısa müddətdə Zaporojye AES-in demilitarizasiyası, bütün rusiyalı hərbçilərin elektrik stansiyasının ərazisini və Enetqodar şəhərini tərk etməsi, habelə, Zaporojye AES-in bütün dünyanın təhlükəsizliyi naminə yenidən Ukraynanın tam nəzarətinə keçməsi üzrə tədbirlərin görülməsinə çağırış edirik", - "Enerqoatom"un məlumatında deyilir.
Rusiya öz növbəsində bəyan edir ki, Zaporojye AES-də terror aktının qarşısı alınıb.
"Biz Rusiya ilə birgəyik" yerli hərəkatın rəhbəri Vladimir Roqovun sözlərinə görə, stansiyanın ərazisində, guya, "Ukrayna diversantlarının" gizlətdiyi "bir kiloqramdan çox" partlayıcı maddə aşkar edilib.
Xatırladaq ki, bundan öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünya birliyini Ukraynanın "çirkli bomba" tətbiq etməklə təxribat törətməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.
Dünən isə bəlli olub ki, rusiyalı hərbçilər işlənmiş nüvə yanacağının saxlanc meydançalarının birində naməlum təyinatlı obyekt inşa edir, bu da təkcə Ukrayna qanunvericiliyinin deyil, həm də nüvə və radiasiya təhlükəsizliyi normalarını pozur. Stansiyanın personalı inşaat işlərinin aparıldığı yerə buraxılmır.