Ulyanovsk yaxınlığınakı təlim mərkəzində səfərbər edilənlər qiyam qaldırdı... - VİDEO
4730
02 Nov 2022 | 21:48

Ulyanovsk yaxınlığınakı təlim mərkəzində səfərbər edilənlər qiyam qaldırdı... - VİDEO

Mərkəzə OMON və Rusiya Qvardiyası yeridilib...
 
"Biz həyatımızı riskə ataraq sizin təhlükəsizlik və dinc həyatınız üçün gerçək olümə gedirik..."
 
"Bizə vəd edilən məbləğ ödənilmirsə, nəyin naminə bu dövlət uğunda vuruşmağa gedirik?.."
 
100-dən artıq səfərbər edilənlər Ulyanovsk vilayətindəki təlim mərkəzində etiraz aksiyası keçirib.
 
Moderator.az xəbər verir ki, barədə "Novıye İzvestiya" nəşri məlumat verib.
 
Çağırışçılar Ukraynaya müharibəyə getməkdən imtina edib və komandanlıq və hakimiyyətə iradları barədə video yazıb.
 
Bu zaman yeni çağırışçıların narazılığına səbəb qonşu dövlətə qarşı aqressiya deyil, pul olub.
 
Səfərbər edilənlərə vəd edilən məbləğ ödənilməyib və onlar "ədalətə nail olmağa" qərar verib.
 
"Rusiya Federasiyasının hörmətli vətəndaşları, sizə Çuvaşiya Respublikasından səfərbər olunan hərbi qulluqçular müraciət edir! 
 
Biz öz həyatımızı riskə ataraq, sizin təhlükəsizlik və dinc həyatınız üçün gerçək ölümə gedirik. Dövlətimiz prezidentimiz Vadimir Putinin bizə vəd etdiyi 195 min rubl (təxmimən 5 315 manat-red.) məbləğində pul vəsaitini ödəməkdən imtina edir! O zaman ailələrimizi dəstəksiz qoyub nəyin naminə bu dövlət uğrunda vuruşmağa getməliyik?" - hərbi qulluqçuların bəyantında deyilir. 
 
Sutkanın qaranlıq vaxtında çəkilən videoda səfərbər edilənlər ucadan söyləyir: "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün".
 
"Qəzəbli Çuvaşiya" Telegram-kanalının mənbələrinin məlumatlarına görə,  Ulyanovsk yaxınlığındakı təlim mərkəzinə etirazi yatırtmaq üçün OMON və Rusiya Qvardiyası yeridilib.
 
Hazırda səfərbər edilənləri "sakitləşdirmək" mümkün olub, bunun necə edilməsi barədə məlumat verilmir.
 
Ulyanovsk təlim mərkəzində etiraz aksiyası ilk dəfə deyil ki, səfərbərlik edilənlər komandanlıq, geyim və ya təminatla bağlı problemlərdən şikayət edir.
 
Təkcə son ayda sosial şəbəkələrdə Ukraynaya göndərilən səfərbər olunanlarda paslı avtomatların olduğu görünür: "Bunu əllərimizə götürmək dəhşətlidir". 
 
Oktyabrın 6-da hərbi qulluqçular "heyvani münasibətə" görə cəbhəyə getməkdən imtina edib.
 
Rusiya hakimiyyəti çağırışçıların təminatla bağlı problemlərin olmasını inkar edir.
 
Yeri gəlmişkən, səfərbərliyin bitməsi barədə bəyanatlara rəğmən, insanlar hələ də çağırış vərəqəsi almaqda davam edir.

 

Link kopyalandı!
Son xəbərlər