Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət sərhədində yaradılmış iki döyüş məntəqəsində təhlükəsizlik və müdafiə funksiyalarını yerinə yetirəcək Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin İrəvan və regional xilasetmə idarələrinin əməkdaşlarından ibarət dəstələr yaradılıb.
Moderator.az xəbər verir ki, bu barədə işğalçı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu gün, noyabrın 2-də İrəvan Xilasetmə İdarəsinin 25 əməkdaşı Fövqəladə Hallar Nazirliyinin parad meydanından təlim düşərgəsinə gedib.
Ermənistan Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, 25 günlük təlim-məşq toplanışı N saylı hərbi hissədə keçiriləcək. Təlimdən sonra Fövqəladə Hallar Nazirliyinin bölmələri döyüş dayaqlarına yollanaraq 14 günlük döyüş xidməti göstərəcək.