Ekskluziv
4583
02 Nov 2022 | 14:30

"Rusiya əsgərlərini Ukraynada donmuş cəsədlər yığını və xəstəliklər gözləyir..." - "The Sun"

"Qarşıdakı qış Putin üçün müharibənin ən qaranlıq dövrü ola bilər..."
 
"Rusiyalı əsgərlər Ukraynada qışın mürəkkəb, hətta ölümcül şəraitilə üzləşə bilər..."
 
"Rusiya bölmələri qaçaraq xilas olmaq istəyi səbəbindən parçalana bilər..."
 
"Rusiya komandanlığı "cəsədləri zamana" dəyişmək və müharibəni uzatmaq istəyir..."
 
"Söhbət tək soyuqdan deyil, həm də rusiyalı hərbçilər arasında təhlükəli xəstəliklər riskindən gedir..."
 
Rusiyalı əsgərlər, 1939-cu ildə sovet ordusunun Finlandiyaya hərbi müdaxiləsi zamanı olduğu kimi, Ukraynada qışın mürəkkəb, hətta ölümcül şəraitilə üzləşə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.
 
"Sovet əsgərlərinin ölü cəsədləri topa şəklini alanda qar qırmızı qan rənginə boyanıb, titrəyən insanlar səngərlərdə donub, mühərrikləri çökən tanklar dayanıb", - nəşr Finlandiya kampaniyasını belə təsvir edir və əlavə edir ki, pis ekipirovkalı və kifayət qədər təlim keçməyən rusiyalı hərbçiləri eyni aqibət gözləyir.
 
Ukraynada qışda havanın hərarəti mənfi 31 dərəcəyədək enə bilər, orta hərarət mənfi 8 dərəcə, gün ərzində yarım metrədək yağıntı ola bilər.
 
Ukrayna qışı Rusiyanın bəzi regionlarına nisbətən xeyi yumşaqdır, lakin Rusiya ordusu üçün qış müharibəsi kifayət qədər sərt ola bilər, nəşr qeyd edir.
 
"Soyuqlar şəraitində insan təkcə yavaş yerimir, həm də yavaş düşünür. Rusiya bölmələrinin qaçaraq xilas olmaq istəyi səbəbindən parçalanma ehtimalı artacaq", - Amerikanın Avropadakı qoşunlarının sabiq komandanı general-leytenant Ben Xoces izah edib.
 
O, qeyd edib: baxmayaraq ki, ukraynalıları da eyni hava şəraiti gözləyir, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri, bir çoxları yenicə səfərbər edilən rusiyalı hərbçilərlə müqayisədə, daha yaxşı ekipirovkalı və motivasiyalıdır.
 
Xocesin fikincə, Rusiya komandanlığı, sadəcə, "cəsədləri zamana" dəyişmək, müharibəni uzatmaq və Qərbin ukraynalılara dəstəyinin möhkəmliyini yoxlamaq istəyir.
 
General əlavə edib ki, söhbət tək soyuqdan deyil, həm də rusiyalı hərbçilər arasında təhlükəli xəstəliklərin potensial riskindən gedir.
 
Onun sözlərinə görə, o, Rusiya bölmələrinin dislokasiya yerlərindən çəkilən foroşəkilləri və videokadrları görüb. Kadrlarda tamamilə təşkilatlanmayan, çirkli kişilər görünür: "Atmosfer rok- konsertindən sonraya bənzəyir".
 
"Söhbət təkcə intizamda deyil, həm də hər gün lazımi gigiyenik prosedurlar icra edilməlidir. Məsələn, zibili atmaq lazımdır, - general-leytenant izah edib.
 
"Hazırlıqsız əsgərlərə daha çətin olacaq. Onları təkcə soyuq və rütubət deyil, həm də xəstəliklər gözləyir", - Xoces deyib və Krım müharibəsini xatırladıb, o zaman,  tarixçilərin dəyərləndirməsinə görə, yaralara nisbətən xəstəliklərdən ölənlər dörd dəfə çox olub.
 
"Qarşıdakı qış Putin üçün müharibənin ən qaranlıq dövrü ola bilər", - Xoces deyib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə daima rusiyalı hərbçilərin pis geyimləri, habelə ikinci dünya müharibəsi dönəmindən olan köhnə sovet silahında görmək olar.
 
Britaniyalı hərbi ekspertlər əmin edib ki, belə silahların texniki xüsusiyyətləri Rusiyanın hərbi logistika sistemini çətinləşdirir, çünki səfərbər edilənlər döyüşə 1959-cu il nümunəsi olan avtomatlarla yollandığından ön cəbhəyə bir yox, iki döyüş sursatı daşımaq lazım gəlir.
Link kopyalandı!
Son xəbərlər