Eyni rəqəmlərin kombinasiyası olan 40 bilet...
4154
01 Nov 2022 | 17:39

Eyni rəqəmlərin kombinasiyası olan 40 bilet...

"Mən uduş barəsində həyat yoldaşıma və övladıma demədim...mən narahatam ki, onlar tənbəl və təkəbbürlü olacaq..."
 
"Çinli son iki gündə oteldə yaşayıb və uduş biletlərini itirmək qorxusundan nömrəni tərk etməyib..."
 
Çinli lotereyadan böyük məbləğdə pul udub və bunu həyat yoldaşından gizlədib
 
Çin sakini lotereya oyunundan 30 milyon dollar udaraq həyat yoldaşı və uşağına birdən- birə milyonçu olduğunu deməyib.
 
Kişi öz uduşunu doğmalarından gizlədib, çünki əmindir ki, böyük pullar ucbatından onlar tənbəl və təkəbbürlü olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Asia One" nəşri yazıb.
 
Bəxtiyeyin kişi sifətində maska, gülünc kostyumda jurnalistlərə özünü jurnalistlərə Mister Li ayaması altında təqdim edib.
 
Uğurlu oyinçu deyib ki, uduşdan heyrət içindədir, bütün gecəni həyəcanından yata bilməyib. Kişi bu emosialarını doğmaları ilə bölüşmək və onlara danışmaq istəməyib. 
 
"Mən həyat yoldaşıma və övladıma demədim. Mən narahatam ki, onlar başqaları üzərində öz üstünlüyünü hiss edib, səylə oxuyub çalışmayacaqlar", - Mister Li deyib və əlavə edib ki, son 2 gündə oteldə yaşayıb və uduş biletlərini itirmək qorxusundan nömrədən bayra çıxmayıb.
 
Bəxtəvər etiraf edib ki, 10 il ərzində lotereya oynayıb, lakin belə uduş haqqında heç arzulamayıb.
 
Onun sözlərinə görə bu dəfə 40 lotereya biletinə 80 yuan (11 dollar) xərcləyərək və hər birində rəqəmlərin eyni kombinasiyasını qeyd edib.
 
O, deyib ki, son bir neçə il ərzində eyni 7 nömrələri seçib. Çünki onlar ona xoş gəlib. Nəticədə uduş bileti Mister Liyə milyonlar gətirib.
 
Bəlli olub ki, kişi bütün pulları götürməyib. Onun 5 milyon yuanını (688 min dollar) xeyriyyəçilik üçün xərcləyib.
 
Bu vəsaitdən və bütün vergiləri ödədikdən sonra Mister Liyə 171 milyon (24 milyon dollar) qalıb. 
 
"Mən hələ qərar verməmişəm. Bu pulları necə istifadə etməyim haqqında qərar vermək üçün mənə zaman lazımdır".
 
Əslində, bu milyonları hara xərcləməsini o, öz həyat yoldaşı ilə birgə qərar verməldir. Çünki qanuna görə bütün udulan pullar ailə cütlüyünün birgə aktivi hesab edilir. 
 
 "Hena Zejin" hüquq firmasından olan vəkil Fu Tszyan mərkəzi xəbər agentliklərinə məlumat verib ki, Li həyat yoldaşının milli lotereyada uduşu barədə məlumat almaq hüququna qəsd edərək Çinin nikah haqqında qanununu poza bilər", - məlumatda belə deyilir.
Link kopyalandı!
Son xəbərlər