Ukrayna İran silahı və ambisiyalarının poliqonudur...
Ekskluziv
4143
30 Oct 2022 | 14:32

Ukrayna İran silahı və ambisiyalarının poliqonudur...

"İran Rusiyaya təkcə silah satmır, həm də rusiyalı hərbçilərə öz kamikadze-dronlarından səmərəli istifadə etmək üçün təlimlər keçir..."
 
"Rusiyaya PUA-lar, raketlər və hərbi müşavirlər göndərmək İran üçün strateji məna daşıyır, bu, İranın hərbi-sənaye kompleksi üçün əla fürsətdir..."
 
"İran Rusiyadan "C-400" HHM sistemləri əldə edə bilər..."
 
"İranın Rusiyanın Ukraynada müharibəsinə dəstək verməsi Qərbə doğru hücumunun genişlənməsi deməkdir..."
 
İran getdikcə Rusiyanın Ukrayna ilə müharibəsinə cəlb edilir. O, Moskvaya təkcə silah satmır, İranın hərbi müşavirləri, böyük ehtimalla, İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri Krım və, mümkündür ki, Belarus ərazisindədir, orada Rusiya hərbçilərinə Ukrayna şəhərlərinə və mülki infrastrukturuna zərbələr endirmək üçün İranın kamikadze-dronlarından necə səmərəli istifadə etmək barədə təlim keçir. Bəzi məlumatlara görə, Ukraynanın Rusiyanın mövqelərinə hücumları nəticəsində artıq 10 iranlı həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Rusiyanın Ukraynanı özünə tabe etmək imperiya cəhdinə dəstək verərək, İran özünün imperiya layihəsini yeritməyə ümid edir, "Foreign Polisy" yazır.
 
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Tehran tezliklə Moskvaya təkcə daha çox artıq Rusiya ordusunun "Geran-2" adı altında istifadə etdiyi "Shaged-136" deyil, həm də yeni tip PUA-lar, "Arash-2" tipli pilotsuz uçuş aparatları verəcək, bunlar da "Shahed-136"-dan fərqli olaraq təkcə stasionar obyektlərini deyil, həm də HHM sistemləri və radarları məhv etmək qabiliyyətinə malikdir. Onlar müxtəlif məqsədlər üçün optiki və teploviziya skanerləri ilə təchiz edilib. Bundan başqa, "Arash-2" bir neçə dəfə hədəfi nişan alanadək hərəkət istiqamətini dəyişmək imkanına malikdir.
 
Amerikanın rəsmi şəxsləri deyir ki, Moskva həmçinin kiçik mənzilli "Fateh-110" və "Zulfiqar" ballistik raketlər ala bilər. Bu, birpilləli bərk yanacaqlı ballistik raketlərdir, Yaxın Şərqdə ən iri və İranın ballistik raketlər arsenalında ən dəqiqlərindən biridir. "Fateh-2" uçuş məsafəsi 250-300 km olan daha köhnə raketdir, "Zulfiqar" isə 2016-cı ildə uçuş məsafəsi 700 km olan modernləşdirilmiş növü kimi təqdim edilib.
 
İran bu raketlər variantından son illərdə çoxsaylı hərbi əməliyyatlarda, o cümlədən ABŞ-ın İraqdakı mövqelərinə qarşı 2020-ci  ildə istifadə edib, nəticədə 100-dən artıq amerikalı hərbi qulluqçu baş beyinin travmatik zədələnmələrini alıb. "Shahed-136" kimi, bu raketlər də Moskvaya müharibə uzandıqca Rusiyanın daha az istifadə etdiyi yerdə qalan "İsgəndər" ballistik raketləri və başqalarını qoruyub saxlamağa kömək edəcək.
 
Rusiyaya PUA-lar, raketlər və hərbi müşavirlər göndərilməsi İran üçün strateji məna daşıyır. Bu, İranın hərbi-sənaye kompleksi üçün əla imkandır. Tehran 1980-ci illərin İran-İraq müharibəsindən sonra özünün PUA və raketlər proqramına  xeyli vəsait və səylər sərf edib. O, özünün ən yeni PUA-ları və raketləri, o cümlədən Qərbin HHM sistemlərinə qarşı platformaları və başqa silahları üçün geniş poliqon əldə edəcək.
 
Tehran böyük ehtimalla Ukraynanın hərbi əməliyyatlar teatrında aldığı dərslərdən gələcəkdə Yaxın Şərqdə silah istehsalı və taktikada tətbiq edəcək.
 
Bu sövdələşmə həmçinin İranın əvəzində nə ala biləcəyi sualını doğurur. Əvvəllər Moskvanın Tehrana satmaqdan imtina etdiyi Rusiyanın qabaqcıl qırıcıları və ya "C-400" HHM sistemləri indi iki tərəfdaş arasında razılaşmaların bir hissəsi ola bilər.
 
İran rəhbərləri üçün Rusiyanın Ukraynada müharibəsinə dəstək verməsi həmçinin Qərbə doğru öz hücumunun genişlənməsi deməkdir. On illər ərzində İran öz təsirini genişləndirməyə və rəqiblərini zəiflətməyə səy göstərib, o cümlədən elə həmin PUA və raketləri Yaxın Şərqdə "Hizbullah" və Yəmən üsyançıları kimi hərbiləşdirilmiş qruplaşmalara tədarük edib. İndi Tehran əslində həmin strategiyanı Avropada tətbiq edir. 
 
İran Ukrayna böhranında odun üstünə yağ tökməklə, ehtimal ki, ABŞ-ın Yaxın Şərqdən diqqətini yayındırmağa ümid edir, üstəlik, ABŞ-ın son üç prezidenti özlərinin regionda mövcudluğunu azaltmaq istəyini ifadə edib.
İndi, Putinin Ukraynada müharibəsi Qərbin diqqətini və resurslarını udur, Tehran bu meyli qidalandırmaq imkanını görür.
 
Taleyin istehzası ilə, Tehranın Rusiyanın Ukraynada müharibəsinə dəstək verməsi Qərbi, xüsusilə əgər Avropa İrana qarşı sərt mövqedə dayanarsa, Yaxın Şərqə daha az deyil, daha çox diqqət yetirməyə sövq edə bilər.
 
Ötən həftə Böyük Britaniya və Avropa İttifaqı Vaşinqtonun ardınca gedərək, İranın PUA-lar proqramının elementlərinə qarşı məqsədli sanksiyalar tətbiq edib.
 
İranın Ukraynada hərəkətləri, görsənir ki, 2015-ci ilin nüvə sövdələşməsinin bərpası üzrə səyləri birdəfəlik sarsıdıb. Amerikalı məmurlar bəyan edib ki, yaxın zamanlarda danışıqlar bərpa edilməyəcək.
 
"Açıq desək, biz hazırda hər hansı məzmunlu diskusiya aparmaq üçün  bir-birimizdən həddən artıq uzağıq", - bunu ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Link kopyalandı!
Son xəbərlər