Ekskluziv
3490
28 Oct 2022 | 14:55

"Putinin Valdaydakı nitqi Rusiyanın ukraynalılara qarşı soyqırım törətdiyinin sübutu ola bilər"-ISW

"Putin Ukraynanın suverenliyini inkar etməkdə davam edir, bu isə ciddi danışıqlarla bir araya sığmır..."
 
"Ukraynanın suverenliyinin yeganə qarantı Rusiya ola bilər..."
 
"Putinin məqsədi Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqı barədə təsəvvürü silməkdir..."
 
"Dünyada nüvə təhlükəsi ətrafında primitiv təlaş yaradılır..."
 
Rusiya prezidenti Vladimir Putin "Valday" diskusiya klubunda çıxşı zamanı Ukraynanın suverenliyini inkar etməkdə davam edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən institutunun (ISW) oktyabrın 27-də dərc etdiyi operativ hesabatda deyilir.
 
Putin o cümlədən bəyan edib ki, "Ukraynanın suverenliyinin yeganə getçək qarantı" yalnız guya Ukraynanı "yaradan" Rusiya ola bilər və özünün belə tezisini təkrarlayıb ki, guya ukraynalılar ilə ruslar mahiyyət etibarilə "bir xalq" olması "tarixi faktdır".
ISW vurğulayır ki, Rusiya prezidentinin bəyanatları Rusiya Federasiyasının Ukraynanın suverenliyini tanıması və Ukrayna xalqının ayrıca millət kimi mövcud olması kimi hüquqi faktı inkar edir.
 
"Putinin Ukrayna və Rusiyanın tarixin kortəbii şəraitdə müxtəlif dövlətlərə bölünmüş vahid xalq olması barədə narrativi əbədiləşdirməsi onun daimi məqsədinin Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqı barədə təsəvvürü silmək olduğunu göstərir", - analitiklər bu nəticəyə gəlir.
 
Rusiya liderinin tezisləri Putinin hazırda müstəqil Ukraynanın milli identikliyinin mövcud olması ideyasını qəbul etmədiyindən xəbər verir, - analitiklər əlavə edib. Onlar hesab edir ki, bu bəyanatlar Rusiyanın bir çox hərəkətləri ilə yanaşı  Rusiyanın Ukraynaya qarşı müharibəsinin soyqırım aktı olduğu barədə ciddi düşündürməlidir.
 
"Putin Ukraynanın suverenliyini inkar etməkdə davam edir, bu isə prinsipial olaraq cuddi danışıqlarla bir araya sığmır", - ISW qeyd edib.
 
Kontekst:
 
"Valday" Beynəlxalq diskusiya klubunun XIX iclası oktyabrın 24-27-də keçirilib. Sonuncu gün Putin iclasda iştirak edib. İclasda Rusiyadan və 40 xarici dövlətlərdən 111 ekspert, siyasətçi, diplomat və iqtisadçı toplanıb.
 
Putin çıxışı zamanı Qərb əleyhinə bir sıra bəyanatlar verib. O cümlədən deyib ki, "Ukraynada müharibınin qızışdırılmasında" Rusiya deyil, Qərb günahkardır, "ölkə və xalqların suverenliyini inkar edən" Rusiya deyil, Qərbdir.
 
O, həmçinin bəyan edib ki, hamı "beynəlxalq hüquq" anlayışını, o cümlədən BMT Nizamnaməsini eyni dərəcədə anlamalı və onlara riayət etməlidir. Eyni zamanda nüvə silahı barədə söhbətləri o, təxribatçı adlandırıb. Rusiya prezidentinin fikrincə, bu, ona görə edilir ki, "Rusiyanın müttəfiqlərinə və neytral dövlətlərə" Rusiyanı dəstəkləməməyə çağırış etsinlər. O, həmçinin bəyan edib ki, dünyada "nüvə təhlükələri" ətrafında primitiv təlaş" yaradılır, lakin Rusiyanın bunun mənbəyi olduğunu etiraf etməyib.
 
Putin deyib ki, şəxsən müdafiə naziri Şoyqudan Qərb həmkarlarına Ukraynada guya "çirkli  bomba" hazırlanması barədə məlumat verməsini xahiş edib.
 
Oktyabrın 26-da Putin MDB ölkələti təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları nümayəndələri ilə videogörüşdə Ukrayna ilə bağlı bir sıra bəyanatlar səsləndirib. O cümlədən Ukraynanın guya "çirkli bomba" tətbiq etmək planları barədə əsassız tezisi irəli sürüb və bəyan edib ki, Ukrayna guya "faktiki olaraq suverenliyini itirib və birbaşa Ukraynadan Rusiya əleyhinə taran kimi istifadə edən ABŞ tərəfindən idarə olunur".
 
ISW güman edir ki, Putinin son bəyanatları onu sübut edir ki, o, Ukraynaya qarşı müharibəsində "maksimalist" məqsədlərindən imtina etməyib.
Link kopyalandı!
Son xəbərlər