Ukraynada daha bir kütləvi məzarlıq aşkar edildi, meyitlər tanklarla döyəclənib...
Ekskluziv
3634
27 Oct 2022 | 18:38

Ukraynada daha bir kütləvi məzarlıq aşkar edildi, meyitlər tanklarla döyəclənib...

"Ukrayna əraziləri işğaldan azad edildikcə, Rusiya ordusunun daha çox cinayətləri üzə çıxır..."
 
"Cəsədlər toplanıb, iki yük maşınına gətirilib, ekskavatorla dərin çala qazılıb və oraya atılaraq tanklarla Yerlə bir edilib..."
 
Xarkov vilayətinin Borovski rayonunda daha bir kütləvi məzarlıq aşkar edilib. Bu barədə Ukraynanın Milli Polisi məlumat verib. 
 
Moderator.az xəbər verir ki, məlumatı "İnterfaks" agentliyi yayıb.
 
"Sakinlər istintaqa danışıb ki, işğalçılar bütün rayon boyunca həlak olanların cəsədlərini toplayıb. 
 
Aprelin 13-də onları iki yük maşınında gətirib, ekskavatorla 3 metrədək dərin çala qazıb, bütün cəsədləri oraya atıblar. 
 
Daha sonra dəfn edilən yeri tanklarla döyəcləyib Yerlə bir ediblər", - məlumatda deyilir.
 
İlkin məlumatlara görə, məzarlıqda ən azı 17 mülki və hərbçinin cəsədləri var.
 
"Rusiyalılar məzarda bir dənə də işarə qoymayıb və bunu etməyi yerli sakinlərə də imkan verməyib.
 
Yalnız Pasxada insanlara məzarlığa gəlməyə icazə verilib. İnsanlar üç xaç tapıb, beləliklə, məzarlığın perimetrini qeyd edib, alaq otlarından təmizləyib", - bunu Xarkov vilayəti İstintaq İdarəsinin rəis müavini Dmitri Soym danışıb.
 
Aşkar edilən bütün cəsədlər ölüm səbəbini  müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndəriləcək.
 
Ukrayna əraziləri Rusiya işğalından azad edildikcə, Rusiya ordusunun Ukraynada daha çox cinayətləri, o cümlədən dinc sakinlərin kütləvi qətlləri aşkar edilir.
 
Belə ki, oktyabrın əvvəlində Liman şəhəri azad edildikdən sonra iki yüzdən ibarət bütöv ailələrin dəfn edildiyi məzarlıq aşkar edilib. 
 
Dəfn edilənlər arasında 2019 və 2021-ci ildə doğulan çoxlu uşaq olub. 
 
Sentyabr ayında İzyum yaxınlığındakı meşədə 400-dən çox cəsədin dəfn edildiyi kütləvi məzarlıq aşkar edilib.
 
Bundan başqa, Xarkov yaxınlığında rusiyalı əsgərlərin qardaşlıq qəbiristanlığı da aşkar edilib.
Link kopyalandı!
Son xəbərlər