"Biz sağ qalıb, qışı keçirib, sonra başqa şeylər barədə düşünəcəyik..."
"Ukrayna uşaqları Vətəndə məktəbə getməlidir, böyüklər ölkənin bərpası üçün lazımdır, lakin indi bunun zamanı deyil..."
"Ölkənin ümumi infrastrukturu və generasiya edən gücünün 40 faizi zədələnib..."
Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşşuk xaricə gedən həmvətənlərindən ölkəyə müvəqqəti qayıtmamağı xahiş edib.
Moderator.az xəbər verir ki, bu barədə RBK nəşri məlumat yayıb.
"Sizdən geri dönməməyi xahiş edəcəyəm, biz qışı yaşamalıyıq. Təəssüf ki, şəbəkələr tab gətirmir. Siz Rusiyanın nə etdiyini görürsünüz, hamı görür.
İndi geri dönmək özünüzü, övladlarınızı, xəstə və ya az hərəki olan bütün həssas qohumlarınızı, yaşlıları yenidən təhlükəyə məruz qoymaq deməkdir. Yəni bunu etmək lazım deyil. Əgər imkan varsa, hələlik bu qışı xaricdə qalın", - nazir telexəbərlərin efirində bəyan edib.
Bu zaman Vereşşuk qeyd edib ki,vətəndaşlarının evlərinə dönməsini çox istəyir.
Nazir hesab edir ki, Ukrayna uşaqları vətəndə məktəbə getməlidir, böyüklər isə müharibənin dağıtdığı ölkənin bərpası üçün lazımdır. Lakin indi bunun zamanı deyil.
"Biz sağ qalıb, bu qışı yaşayıb, sonra başqa şeylər barədə düşünəcəyik", - xanım nazir deyib.
Xatırladaq ki, general Surovikin Ukraynada Rusiya qoşunlarının komandanı vəzifəsinə təyin ediləndən sonra Ukraynanın energetika strukturuna kütləvi zərbələr endirilməyə başlayıb.
Oktyabrın 19-da Ukrayna energetika nazirinin müşaviri Aleksandr Xarçenko bəyan edib ki, ölkənin ümumi infrastrukturu və generasiya edən gücünün 40 faizi ciddi zədələnib.