"Bu, praktiki olaraq Amerikanın "Swithblade" kamikadze-dronlarının tam surətidir..."
"Bu silahlar döyüş əməliyyatlarının gedişində dönüş edə bilməyəcək, lakin Ukraynanın mülki infrastrukturuna xeyli zərər vuracaq..."
"ABŞ və Avropa Rusiyaya silah tədarükünə görə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək..."
Ukrayna hərbi-hava qüvvələrininin komandanlığından məlumat verilib ki, Tehran Moskvaya Ukraynada müharibə üçün "Meraj-521" döyüş sursatı vermək niyyətindədir. Bu, praktiki olaraq Amerikanın döyüş meydanında piyadalar və ya xüsusi əməliyyatlar qüvvələri üçün nəzərdə tutulan "Swithblade" kamikadze-dronlarının tam surətidir.
Moderator.az bildirir ki, Ukraynanın "Fokus" nəşri dronun texniki xüsusiyyətləri barədə məlumat verib.
Döyüş başlığının çəkisi 500, 700 və ya 1000 qramdır.
Uçuş məsafəsi-5 km.
PUA-nın havada olma müddəti 5-15 dəqiqədir.
Dron kiçik buraxılış qurğularından buraxılır, operator isə planşetin köməyilə onu hədəfə yönləndirə bilər.
Partlayış ekvivalenti balaca artilleriya mərmisinin məhvedici təsirinə bərabərdir.
İran praktiki olaraq Ukraynadakı müharibədə Rusiyanın tərəfində yer alıb.
"Washington Post" nəşrinin məlumatına görə, Tehran Rusiya ordusuna təkcə zərbə PUA-ları deyil, həm fə "Fateh-110" və "Zoulfaqar" ballistik raketlər tədarük etmək niyyətindədir.
Ekspertlərin fikrincə, bu silah döyüş əməliyyatlarının gedişində dönüş edə bilməyəcək, lakin Ukraynanın mülki infrastrukturuna xeyli zərər vuracaq.
Avropa və ABŞ İran İslam Respublikasına Rusiyaya sulah tədarükünə görə əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.