"Biz, Fransa, Böyük Britaniya və ABŞ xarici işlər nazirləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik..."
"Rusiyanın Ukraynanın öz ərazisində "çirkli bomba" tətbiq etməyə hazırlaşması barədə açıq-aşkar yalan iddialarını rədd edirik..."
Bu günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə, ABŞ, Böyük Britaniya və Fransadan olan həmkarları ilə telefon danışıqlarında Ukraynanı üzdəniraq "çirkli bomba" tətbiq etməyə hazırlaşmaqda ittiham edib. Kiyevə dəstək göstərilməsində yekdilliyi vurğulamaq üçün üç dövlətin xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək, Şoyqunun iddialarını yalançı adlandırıb.
Moderator.az xəbər verir ki, müraciətin mətni ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib.
Bəyanatda deyilir ki, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar davamlı olaraq Ukraynanın Rusiyanın təcavüzü qarşısında suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
"Biz, Fransa, Böyük Britaniya və ABŞ xarici işlər nazirləri yenidən Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyimizi bəyan edirik.
Biz əvvəlkitək Ukraynanın öz ərazisinin qorunması üzrə səylərini tələb olunan qədər dəstəkləməkdə qətiyyətimizi bildiririk.
Bu gün ölkələrimizin xarici işlər nazirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun xahişi ilə danışıb. Bizim ölkələrimiz aydın şəkildə anladıb ki, Rusiyanın Ukraynanın öz ərazisində "çirkli bomba" tətbiq etməyə hazırlaşması barədə açıq şəkildə yalan iddialarını rədd edirik.
Dünya bu ittihamdan gərginliyin artırılması üçün bəhanə kimi istifadə etməsinin istənilən cəhdləri diqqətlə izləyəcək. Biz həmçinin Rusiya tərəfindən gərginliyin zəiflədilməsi üçün istənilən bəhanəni də rədd edirik", - sənəddə belə deyilir.
Qeyd olunur ki, üç ölkənin xarici işlər nazirləri Ukrayna və Ukrayna xalqına təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə Putinin törətdiyi qəddar qəsbkarlıq müharibəsi qarşısında dəstək göstərilməsi üzrə birgə
səylərimizi müzakirə edib.
Bundan öncə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun bəyanatını şərh edib və bəyan edib ki, obyektib faktlar başqa şey deyir:
"Rusiya saxta bəhanələrlə suveren dövlətin ərazisinə soxularaq dinc sakinləri raketlərlə terror edir, sənaye və energetikanı məhv edir, təkcə Mariupolda on minlərə insanı qətlə yetirib.
Bundan sonra Rusiya müdafiə naziri hər hansı diqqətə və etimada layiq ola bilərmi?" - Podolyak deyib.