Baş nazirlərin müavinləri Brüsseldə sərhədlərin müəyyənləşdirilməsi məsələlərini müzakirə edəcək
Ekskluziv
3586
24 Oct 2022 | 16:00

Baş nazirlərin müavinləri Brüsseldə sərhədlərin müəyyənləşdirilməsi məsələlərini müzakirə edəcək

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Brüsseldə sərhədlərin müəyyənləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Görüş noyabrın ilk həftəsində baş tutacaq. Bundan əvvəlki görüş Moskvada üçtərəfli formatda keçirilib.
 
Ermənistanın və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryanla Şahin Mustafayev Brüsseldə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın işi çərçivəsində görüşəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Qriqoryanın ofisinin mətbuat xidmətindən məlumat verilib.
 
Görüş noyabrın ilk həftəsində baş tutacaq. Hələlik başqa təfərrüatlar açıqlanmayıb.
 
Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Görüşdən əvvəl onların rusiyalı həmkarı Aleksey Overçuk Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri ilə görüşüb və onlar birgə işin davam etdirilməsini alqışlayıblar. Baş nazirin müavinləri təşkilati və prosedur məsələlərini, həmçinin gələcək işlərin əsasnaməsini müzakirə ediblər. Razılaşdırılmış vaxtda üçüncü görüşün keçirilməsi barədə razılıq əldə olunub.
 
Link kopyalandı!
Son xəbərlər