Belarus və Rusiya hərbçiləri arasında milli zəmində qarşıdurmalar başlandı...-RƏSMİ
5573
22 Oct 2022 | 10:03

Belarus və Rusiya hərbçiləri arasında milli zəmində qarşıdurmalar başlandı...-RƏSMİ

Belarus və Rusiya qoşunlarının birgə qruplaşmasının Belarus ərazisində yerləşdirilməsi davam edir. 
 
Moderator.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 22-də "Facebook"-da məlumat yayıb.
 
"Rusiya Federasiyası və Belarus Respublikası qoşunlarının birgə regional qrupunun yerləşdirilməsi davam edir. Gün ərzində düşmən aviasiyası Belarus Respublikasının hava məkanında təlim uçuşları həyata keçirib", - məlumatda belə deyilir.
 
Baş Qərargahın bildirdiyinə görə, Rusiya və Belarus hərbçiləri arasında “milli və rusların belaruslara qarşı həyasız münasibəti zəminində tez-tez münaqişə halları baş verir”.
 
"Ümumilikdə  Volın və Polesye istiqamətlərində vəziyyət ciddi dəyişikliyə məruz qalmayıb"- deyə məlumatda bildirilir.
 
Zəruri xatırlatma:

Fevralın 24-də Rusiya Ukraynaya, o cümlədən Belarusdan da genişmiqyaslı işğala başlayıb. Halbuki bir neçə gün əvvəl Belarusun müdafiə naziri ukraynalı həmkarını Ukraynaya Belarusdan heç bir təhlükənin olmadığına inandırmışdı. Aprelin əvvəlində Ukraynanın şimal rayonları Rusiya işğalçılarından azad edildi. Bundan sonra Belarus ərazisindən işğalçılar Ukrayna obyektlərinə raket və kamikadze pilotsuz təyyarələr buraxıblar...

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına məlumdur ki, Rusiya prezidenti Vladimir Putin hər gün 1994-cü ildən Belarusda hakimiyyətdə olan Aleksandr Lukaşenkoya Belarusdan Ukraynaya silahlı təcavüzə başlamaq üçün  təzyiq göstərir...

Oktyabrın 4-də Lukaşenko açıq şəkildə etiraf etdi ki, Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir. Oktyabrın 10-da o, "İttifaq dövlətinin qərb sərhədlərində" yüksək səviyyəli təhdidlərə görə "birgə regional qüvvələr qrupu"nun yerləşdirilməsi barədə Putinlə razılaşdığını açıqladı. Lukaşenkonun sözlərinə görə, yerləşdirmə oktyabrın 8-də başlayıb. Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko ölkəyə 9 minə yaxın rusiyalı hərbçinin gələcəyini bildirib...

Oktyabrın 11-də Lukaşenko Belarusda silahlı qüvvələrin döyüş hazırlığının yoxlanıldığını elan edib. Belarusun “Naşa Niva” nəşrinin məlumatına görə, bu yoxlama adı altında gizli səfərbərlik həyata keçiriləcək...

Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər