Rusiya işğalçıları Xersonu küçə döyüşlərinə hazırlayır...-RƏSMİ
Ekskluziv
3575
22 Oct 2022 | 09:17

Rusiya işğalçıları Xersonu küçə döyüşlərinə hazırlayır...-RƏSMİ

Hərbi ekspert Dmitri Snegiryov hesab edir ki, Ukrayna ordusu Rusiya işğalçılarını bir neçə həftə ərzində Xersondan çıxara bilər...
 
Əhalinin əhəmiyyətli hissəsi müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş Xersonu tərk edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 22-də "Facebook"-da məlumat yayıb.
 
"Əldə etdiyimiz məlumata görə,  əhalinin əhəmiyyətli hissəsi Xersonu tərk edib. Şəhərdə qalan Rusiya işğalçıları mülki paltar geyinərək tərk edilmiş evlərə yerləşilər. Düşmən Xersonu küçə döyüşlərinə hazırlayır", - məlumatda deyilir.
 
Həmçinin oktyabrın 21-dən etibarən işğalçılar Kaxovka xəstəxanasının binalarını xəstələrdən və tibb işçilərindən azad etmək üçün tədbirlər görür.
 
"Enerqodar (Zaporojye vilayəti) şəhərində Rusiya hərbçiləri yaşadıqları tərk edilmiş mənzilləri və otelləri qarət edirlər", - Baş Qərargah əlavə edib.
 

"TSN" kanalı Xerson vilayətindəki ümumi vəziyyəti belə şərh edib:

Oktyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin 50-dən çox yaşayış məntəqəsini azad edib. Xerson VHA-da Ukrayna Silahlı Qüvvələrinin Berislav yaxınlığındakı uğurlarından danışılıb.

Oktyabrın 18-də Xerson vilayətinin rusiyalı işğalçı hakimiyyəti dinc əhalinin guya daşqın təhlükəsi üzündən Dnepr çayının sol sahilinə köçürüldüyünü elan edib. Axı, Ukrayna qüvvələri Kaxovskaya su elektrik stansiyasında terror aktı hazırlayır...

Hərbi ekspert Dmitri Snegiryov hesab edir ki, Ukrayna ordusu Rusiya işğalçılarını bir neçə həftə ərzində Xersondan çıxara bilər...

Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər