"Mən 25 ildir müharibəyə hazırlaşıram..."
"Kimsə Belarus torpağına savaşla gələrsə, hamılıqla ölkənin müdafiəsinə qalxacağıq..."
"Rusiya Federasiyasının Ukraynaya qarşı çirkli müharibəsinə sürüklənməyin..."
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, "ən azı 25 ildir" müharibəhə hazırlaşır, amma indi Belarusa "müharibə lazım deyil".
Moderator.az xəbər verir ki, o, bu barədə Brest vilayətində Obuz-Lesnovsk poliqonunda oktyabrın 21-də jurnalistlərlə söhbətində bəyan edib.
KİV-lər prezidentdən ölkədə gizli səfərbərlik barədə məlumatları şərh etməyi xahiş edib.
"Bu ulaşmaya əhəmiyyət verməyin, - Lukaşenko belə münasibət bildirib. - Biz heç bir yerə səfərbər edilmirik...Kimsə Belarus torpağına savaşla gələrsə, təbii ki, hamılıqla ölkənin müdafiəsinə qalxacağıq...Lakin bu gün üçün heç bir savaş olmayacaq. O, bizə lazım deyil".
Lukaşenko əlavə edib ki, o, "ən azı 25 ildir müharibəyə hazırlaşır".
"Bunu ki, mən düşünməmişəm: sülh istəyirsənsə, müharibəyə hazırlaş", - o, izah edib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı oktyabrın 20-də bəyan edib ki, Rusiyanın Belarus tərəfdən hücumunun bərpası təhlükəsi artır.
Oktyabrın 21-də Ulrayna Silahlı Qüvvələri Belarus xalqına və Belarus ordusunun şəxsi heyətinə videomüraciət edərək, Rusiya Federasiyasının Ukraynaya qarşı "çirkli müharibəsinə" sürüklənməməyə çağırış edib.
Daha sonra Lukaşenko deyib: "Sizə bir sirr açmalıyam, iki gün öncə Ukrayna Təhlükəsizlik Şurası Belarus xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüş barədə xahişlə müraciət edib. Mən onlara dedim ki, görüşün, nə problem var ki", - Lukaşenko deyib.
O, qeyd edib ki, ən vacib mövzular qapalı şəraitdə müzakirə edilir".