"Bu, tanklarsız ilhaqdan başqa bir şey deyil..."
"Ukraynadakı münaqişə 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsini yaşamış Gürcüstanda ağrılı xatirələr oyadır..."
"O zaman ölkəyə soxulan rus tankları karvanı ilə çağırışdan qaçan kişilərin indiki axını arasında müqayisə aparılır..."
"Rusiyalı qaçqınlar keçmiş sovet respublikasına müstəmləkəçilik münasibəti göstərir..."
"Ziyarətçilər onlara rus dilində xidmət göstərməyi tələb edir, rublla ödəniş etməyə cəhd edir..."
"Bir çox gürcülər Rusiya vətəndaşları üçün yenidən viza rejiminin tətbiqinə tərəfdardır..."
Rusiya prezidenti sentyabrın 21-də səfərbərlik etmədən öncə də Gürcüstan populyarlığına görə Türkiyədən sonra Rusiyadan qaçmağa can atanlar üçün ikinci ölkə olub. Sentyabrın sonunda axın yalnız sürətlənib və gürcülərin heç də hamısı bundan məmnun deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly'" nəşri yazıb.
Ukraynadakı münaqişə 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsi təcrübəsini yaşamış Gürcüstanda ağrılı xatirələr oyadır. Bu müdaxilə Gürüstanın böyük məğlubiyyəti və Abxaziya ilə Cənubi Osetiyanın ərazilərinə nəzarəti itirməsi ilə nəticələnib. Bir çoxları sosial şəbəkələrdə o zaman ölkəyə müdaxilə edən Rusiya tanklarının karvanı ilə orduya çağırışdan qaçan kişilərin indiki axını arasında müqayisələr aparıb.
Müxalifət qruplar rusların gəlişinə qarşı çıxaraq onları milli təhlükəsizliyə potensial təhlükə törədən müstəmləkəçi hesab edir.
"Bu, tanklarsız ilhaqdan başqa bir şey deyil", - bunu Gürcüstan parlamentinin müxalif üzvü Georgi Vaşadze 4 milyonluq ölkəyə gələn ruslar barədə deyib. - Bu, sadəcə, davam edə bilməz".
Bir çox gürcülər yeni gələnlərə xüsusi rəğbət bəsləmir, çünki onların Putinin müharibəsini dəstəkləməsi, sadəcə, bu müharibədə iştirak etmək istəməməsindən şübhələnir.
Telegram-kanallardan maşınlarının şüşələrində "Z" rəmzi ilə sərhədi keçməyin mümkün olub-olmadığını soruşan ruslar bu narahatlığın əsassız olmadığını göstərir.
Miqrantlara qarşı çıxış edən gürcülər üçün söhbət təkcə siyasətdə deyil. Yollarda daha çox canlanma var. Qiymətlər kəskin surətdə artıb, məvaciblər isə dəyişməyib. İcarədarlar zəngin rusların hesabına daha çox pul qazanmaq istəyir. Bir çoxları Rusiyadan qaçanların ölkə üçün iqtisadi yük olacağından narahatdır.
Lakin ən böyük qıcıq yaradan odur ki, gürcülər yeni gələnlərin keçmiş sovet respublikasına müstəmləkəçilik münasibətini "imperiya" davranışı hesab edir.
"Yenicə gələn ruslar yerləşir və dərhal rusca danışmağa başlayır, sanki biz onların dilini bilməliyik", - bunu Tbilisi "İmpact Hub"ın sahibi Keti Ebanoidze deyir. - Mən rusca yaxşı danışıram, amma bunu etməməyə üstünlük verirəm. Biz həmişə ingiliscə danışırıq".
Tbilisidə "Dedaena" barının sahibi Data Lapauri deyir ki, rus ziyarətçilər hörmətsizlik edir, onlara rus dilində xidmət göstərməyi tələb edir, rublla ödəniş etməyə cəhd edirlər. Lapauri çıxış yolunu tapıb: bara daxil olan zaman rusiyalılar xüsusi sayta daxil olub, onlar üçün hazırlanan "viza forması"nı doldurmalıdır.
Onlar Putinə səs vermədiklərini, Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini, Krımın Ukraynaya məxsus olmasını və Ukraynaya şərəf arzuladığını təsdiq etməsələr, onlara içki verilməyəcək.
Bu tarixçə o zaman hay-küyə səbəb olub ki, Kseniya Sobçak buna tabe olmaqdan imtina edib və özünün "İnstagram"dakı 9, 4 milyon istifadəçisinə bəyan edib ki, "təəssüf ki, heç də hamı anlamır ki, militarizmə qarşı çıxmaq xarici dövləti vəsf etmək demək deyil".
Bar internetdə çoxsaylı təhdidlərə məruz qalıb, o cümlədən xəbərdarlıq edilib ki, "ayrıseçkilik" siyasətinə görə müəssisə yandırılacaq.
Belə şəraitdə bir çox gürcülər 2012-ci ildə Gürcüstanın birtərəfli qaydada turizmin inkişafı üçün Rusiya ilə viza rejiminin ləğv edilməsi qərarına yenidən baxılmasını tələb edir. Bəziləri viza rejiminin bərpa edilməsini, digərləri, ümumiyyətlə, sərhədlərin bağlanmasını arzulayır.
Mart ayında "Caucasus Research Resource Centers" müstəqil araşdırma təşkilatı üçün aparılan sorğu göstərib ki, gürcülərin 66 faizi rusiyalılar üçün viza rejiminin tətbiqinə tərəfdardır. Bir neçə müxalif qrup həmçinin Gürcüstan hökumətinə vizasız rejimə yenidən baxmağa çağırış edib.
Bu günlərdə prezident Salome Zurabişvili bəyan edib ki, onun ölkəsi Rusiya vətəndaşları üçün "liberal" viza rejimini dəyişə bilər, lakin hər hansı təfsilata varmadan deyib ki, "bu məsələni Gürcüstan hakimiyyəti ilə cəmiyyət həll etməlidir".
Viza rejimini sərtləşdirmək istəyənlər üçün əsas maneələrdən biri odur ki, Bidzina İvanişvilinin əsasını qoyduğu "Gürcü arzusu" partiyasının hakim olduğu hökumət Kremllə sıx bağlıdır.
"Təəssüf ki, biz hökumətdən heç nə gözləmirik, nəyisə dəyişəcəyinə bel bağlamırıq, onlar Rusiyayönümlüdür, - "Droa"müxalif partiyasının rəhbəri Elene Xoştariya deyib.
Xoştariya və silahdaşları sərhəddə etiraz aksiyası keçirib və üzərində ingiliscə "Rus fərariləri, sizə məmnun deyilik!" sözləri yazılan plakatlar qaldırıb.
"Bizim etirazımız göstərir ki, ictimai əhval-ruhiyyə rusların gəlişinə qarşıdır", - o, əlavə edib.
Bu arada isə tanınmış rusiyalı müxalif jurnalist və siyasətçilər onlar üçün Gürcüstana girişin bağlanmasından şikayətlənir.
"Bir neçə hallar olub ki, Gürcüstan hökuməti və ya polisi Rusiyanın demokratik müxalifətinin görkəmli nümayəndələrini deportasiya edib və ya təslim edib", - bunu "Avropa Gürcüstanı" partiyasından parlamentin sabiq üzvü Georgi Kandelaki deyib.
Bu, təhrif edilən vəziyyət yaradır, bu zaman Putinin əleyhdarlarına milliyyətçi əhval-ruhiyyəli çağırışçılara nisbətən ölkəyə daxil olmaq daha çətin olur.
"Biz Rusiyanın totalitar rejiminin təqib etdiyi adamlara və ya beynəlxalq konvensiyalara uyğun olaraq sığınacaq istəyənlərə sərhədləri aça bilərdik. Lakin tamamilə əks proses baş verir: sərhəd çağırışdan boyun qaçıranlar və ya rahatlıqdan imtina etmək istəməyən və sanksiyalardan yan keçməkdən ötrü qaçanlar üçün deyil, siyasi qaçqınlar üçün bağlıdlr", - bunu tarixçi İrakli Xvadaqiani deyib.