"Qismən səfərbərlik üzrə müəyyən edilmiş vəzifələr tam həcmdə icra edilib..."
"Bu, sakinlərin vətənpərvərliyi, borc hissi və məsuliyyəti sayəsində mümkün olub..."
"Sankt-Peterburqda səfərbərlik tam gücü ilə davam edir, çağırışçıları birbaşa küçələrdə tutub çağırış vərəqələri təqdim edirlər..."
Moskvada gözlənilmədən "qismən səfərbərliyin" başa çatdığı elan edilib.
Orada toplanış məntəqələri bağlanıb və çağırış vərəqələri ləğv edilib.
Moderator.az xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin öz şəxsi bloqunda bəyan edib.
"Moskva şəhərinin hərbi komissarının məlumatına görə, prezidentin fərmanı və müdafiə nazirliyinin tapşırığı əsasında qismən səfərbərlik üzrə müəyyən edilən vəzifələr tam həcmdə icra edilib.
Səfərbər edilənlərin toplanış məntəqələri 2022-ci ilin oktyabrın 17-də saat 14:00-da bağlanır. Səfərbərliyin gedişində yaşayış yeri və müəssisələr üzrə göndərilən çağırış vərəqələri öz qüvvəsini itirir", - Sobyanın bəyan edib.
O, qeyd edib ki, səfərbərlik moskvalılar üçün böyük sınaq olub. Eyni zamanda, Sobyanin əlavə edib ki, səfərbərlik üzrə vəzifəni "sakinlərin vətənpərvərliyi, onların borc hissi və məsuliyyəti sayəsində" icra etmək mümkün olub.
Bu arada isə Rusiyanınn şimal payraxtında, Sankt-Peterburq şəhərində vəziyyət tam əksinədir.
Orada qismən səfərbərlik tam gücü ilə həyata keçirilir. Daha çox şəhər sakinini səfərbər etmək üçün hərbi komissarlıqların işçiləri çağırış vərəqələrini çağırış yaşında olan kişilərin yaşadığı mənzillərin qapılarına yapışdırır.
Lakin hüquqi cəhətdən savadlı piterçilər hərbi komissarlara elə həmin üsulla cavab verir-qapılara elan yapışdırır: "Çağırış vərəqələri şəxsən təqdim edilməlidir. Əks halda onun hüquqi qüvvəsi yoxdur", - səfərbər olunanlar yazır.
Görünür, piterçilərin istəklərini nəzərə alaraq, hərbi komissarlıqların işçiləri çağırışçıları elə küçədəcə tutub vərəqə təqdim edir, çox vaxt bunu zorən edirlər.