Ukraynada müharibə səbəbindən 4 milyon uşaq yoxsulluğa düçar olub...
Ekskluziv
4367
17 Oct 2022 | 20:21

Ukraynada müharibə səbəbindən 4 milyon uşaq yoxsulluğa düçar olub...

"Ukraynada müharibənin törətdiyi iqtisadi böhranın ən ağır yükü uşaqların üzərinə düşür..."
 
"Müharibədən ən çox zərər çəkən rusiyalı və ukraynalı uşaqlardır..."
 
"2022-ci ildə 4, 5 min çox uşaq bir yaşınadək tələf olacaq, 117 min çox uşaq məktəbdən kənarda qalacaq..."
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və artan inflyasiya ona gətirib çıxarıb ki, Şərqi Avropada və Mərkəzi Asiyada təxminən 4 milyon uşaq yoxulluğa düçar edilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin UNİSEF təşkilatının uşaq fondunun oktyabrın 17-də dərc etdiyi hesabatında deyilir.
 
"Ukraynada müharibənin törətdiyi iqtisadi böhranın ən ağır yükü uşaqların üzərinə düşür", - hesabatda deyilir. 
 
Münaqişə və artan inflyasiya ona gətirib çıxarıb ki, "Şərqi Avropada və Mərkəzi Asiyada daha 4 milyon uşaq yoxsulluq içindədir, bu, 2021-ci ilə nisbətən 19 faiz çoxdur",- hesabatda deyilir. 
 
UNİSEF 22 ölkənin məlumatlarının öyrənilməsi əsasında bu nəticəyə gəlib. Rusiyanın Ukraynaya fevralda hücumundan sonra ən çox zərər çəkən rusiyalı və ukraynalı uşaqlar olub. 
 
"Ukraynada müharibə və bütün regionda həyatın dəyər böhranı ucbatından yoxulluğa düçar edilən uşaqların üçdə dörd hissəsi Rusiyanın payına düşür. 2, 8 milyon uşaq ailələrdə yoxsulluq həddindən aşağı düşüb", - hesabatda deyilir.
 
Qərb sanksiyalarının Rusiya iqtisadiyyatına vurduğu zərbə əhalinin sayının çox olması ilə birgə belə neqativ effekt yaradıb. 
 
"Ukraynada daha yarım milyon uşaq yoxsulluq içində yaşayır. Bu da 2-ci göstəricidir", - UNİSEF-in hesabatında deyilir. 
 
Ukraynadan sonra Ruminiya gəlir, burada daha 110 min uşaq yoxsulluq səviyyəsindədir. 
 
"Bütün regionda uşaqlar bu müharibənin dəhşətli nəticələrinə cəlb edilib, - UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan deyib. - Əgər biz bu uşaqlara və ailələrə indi dəstək göstərməsək, uşaq yoxsulluğunun kəskin artması böyük ehtimalla itirilmiş həyata, itirilmiş təlimə və itirilmiş gələcəyə gətirib çıxaracaq. 
 
Ailə nə qədər kasıb olsa, gəlirlərinin böyük hissəsini yeməyə və yanacağa sərf etməyə məcburdur, bu zaman səhiyyə və uşaqların təhsilinə daha az vəsait qalır, agentlik izah edir. 
Belə ailələrdən uşaqlar "zorakılıq, istismar və qəddar münasibət riskinə daha çox məruz qalır". 
 
UNİSEF hesab edir ki, artıq bu ildə 4, 5 min çox uşaq bir yaşına qədər tələf olacaq, 117 min çox uşaq məktəbdən kənar qalacaq. 
 
O, bu problemin həlli üçün bir sıra tədbirlərin qəbul edilməsinə çağırış edib. Bunların arasında uşaqların ümumi pul müavinətləri ilə təmin edilməsi və xüsusilə aztəminatlı uşaqlar və ailələr üçün sosial məsrəflərin müdafiəsi tədbirlərini göstərmək olar.
 
"Sərt qənaət tədbirləri daha çox uşaqlara təsir edəcək, daha çox uşaq yoxsulluğa düçar olacaq və bu da onsuz da çətinliklər içində olan ailələrin vəziyyətini daha da mürəkkəbləşdirəcək,- Xan deyib. - Biz həssas ailələri vəziyyət pisləşənədək mühafizə etməli və onlara sosial dəstəyi genişləndirməliyik".
Link kopyalandı!
Son xəbərlər