4375
16 Oct 2022 | 18:13

"Rusiyada hərbi səfərbərlik başlanandan Qazaxıstana 98 min Rusiya vətəndaşı gəlib..."

"Rusiya ordusunda milli əlamətə görə haqq-hesab çəkmək adi haldır..."
 
"Qazaxıstanın heç də bütün sakinləri Rusiyanın Ukraynada qanlı müharibəsini dəstəkləmir..."
 
 
Rusiyalı müxalif publisist Aleksandr Nevzorov Rusiya poliqonlarının birində əslən Qazaxıstandan olanların rusiyalı ilə tərbiyəvi "söhbət" apardığı video paylaşıb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "QORDON" nəşrindəki bloqunda paylaşım edib.
 
Belə ki, rusiyalı hərbçi (güman edilir ki, videodakıların hamısı səfərbər edilənlərdir) deyib ki, "qazaxları doğrayacaq".
 
Nəticədə sonuncular kamera qarşısında onu döyüb, üzr istəməyə məcbur edib və gələcəkdə belə bəyanatlar verməməyi tələb edib, çünki qazaxlılar rusiyalılarla çiyin-çiyinə Ukrayna əleyhinə vuruşur.
 
Qeyd edək ki, Rusiya ordusunda milli əlamətə görə haqq-hesab çəkmək adi haldır.
 
Bu yaxınlarda Belqorod vilayətindəki poliqonda taciklər tərəfindən onlarla rusiyalı hərbçilərin güllələnməsi buna parlaq sübutdur.
 
Əlavə edək ki, Qazaxıstanın heç də bütüb sakinləri Rusiyanın Ukraynada qanlı müharibəsini dəstəkləmir və Rusiya tərəfdə vuruşmur.
 
Belə ki, naməlum qazaxıstanlılar patrul xidməti təşkil edib, axşamlar gəlmə rusiyalılardan Ukraynanın ərazi bütövlüyü mövzusuna dair onların fikri ilə maraqlanır.
 
Onlara "Donbas kimindir?" və "Krım kimindir?" suallarına cavab vermək təklif edilir.
 
Əgər rusiyalı cavab versə ki, Ukraynanın bu əraziləri Rusiya Federasiyasına məxsusdur, onlara bədən xəsarəti yetirilir.
 
Xatırladaq ki, bir çox rusiyalı Ukraynada hərbi əməliyyatlar başlanandan ölkədən qaçıb.
 
Rusiya mühacirətinin ikinci dalğası Vladimir Putin tərəfindən səfərbərlik elan edəndən sonra başlayıb.
 
Qazaxıstan hakimiyyəti məlumat verib ki, Rusiyada hərbi səfərbərlik başlanandan Qazaxıstana 98 min Rusiya vətəndaşı gəlib.
Link kopyalandı!
Son xəbərlər