Ruandalı 89 yaşlı nasist təbliğatçı Felisyen Kabuqa soyqırıma çağırışda, 1994-cü ildə Ruandada törədilən soyqırımına görə məsuliyyət daşıyan silahlı qrupları və siyasi təşkilatları maliyyələşdirməkdə ittiham olunaraq Haaqada mühakimə edilir.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu haqda "Bwlegalworld" nəşri məlumat yayıb.
Kabuqa 1994-cü ildə Afrika Ruandasında baş vermiş dünyanın ən qanlı soyqırımlarından birinin ruhvericilərindən biri hesab olunur. O zaman 100 gündən bir qədər çox müddətdə 500 mindən 1 milyona qədər insan qətlə yetirilib.
İki döyüşən etnik qrup - hutular və tutsilər arasında uzun tarixi qarşıdurma hutuların (Ruanda əhalisinin əksəriyyəti - red.) tutsiləri "maçete"(ispanca) adlanan xüsusi bıçaqla faktiki olaraq məhv etdiyi qanlı qırğına çevrildi.
Kabuqa milliyyətcə hutu olmaqla "Thousands hills Radio"("Minlərlə təpə radiosu") yaradıcısı və baş sponsoru idi. O, həmçinin dinc əhaliyə qarşı qırğınlar həyata keçirən "interhamve" silahlı qruplaşmasını dəstəkləməkdə ittiham olunur. Onun yaraqlılar üçün yüz minlərlə "maçete" bıçağı və digər silahlar aldığı güman edilir.
O, hazırda Haaqa Beynəlxalq Cinayət Məhkəməsində soyqırımına çağırış, soyqırımı, soyqırım məqsədi ilə işbirliyi, insanlıq əleyhinə cinayətlər və digər cinayətlərdə ittiham olunur.
"Thousands hills Radio" və şəxsən Kabuqa tutsilərin qırğınlarında iştirak etməyə çağırıb. Onun radiostansiyası tutsi qadınlarının qətlinə və zorlanmasına sövq etmək üçün platformaya çevrilib (təxminən 500 min belə cinayət qeydə alınıb).
Kabuqa 20 ildən çox məhkəmədən gizlənə bilsə də, 2020-ci ildə Parisdə saxlanııb.
Bu informasiya Ukrayna üçün niyə vacibdir?..
Rusiya işğalçıları televiziya və mediadan öz təbliğat məqsədləri üçün istifadə edirlər. Rusiya yayımlarında ukraynalıların qətliamına, Ukrayna hökumətinin devrilməsinə, Ukraynanın işğalına və ukraynalılara qarşı nüvə silahından istifadəyə və sair çağırışlar səslənir.
Kreml ukraynalıların soyqırımı ilə bağlı təbliğatını yalnız Rusiyada deyil, digər ölkələrdə də aparır. Ukrayna hökuməti təkcə Rusiya rəsmilərini və prezidentini deyil, həm də Kremlin ruporlarını da məsuliyyətə cəlb etməyə çağırır ki, onlar olmasaydı, Rusiya diktatoru Ukraynaya qarşı müharibədə əhalidən belə dəstək ala bilməzdi.
Xüsusilə, söhbət bu təbliğatçılardan gedir: Vladimir Solovyov, Marqarita Simonyan, Olqa Skabeyeva, Yevgeni Popov, Anton Krasovski, Dmitri Kiselyov və başqaları... Qoy hazırlşasınlar!..
Sultan Laçın