Bizi sosial şəbəkələrdən izləyin:
NASA-nın kosmosa göndərdiyi "DART" kosmik gəmisi "Dimorfos" asteroidinin trayektoriyasını dəyişməyi bacarıb. Bu, bəşəriyyətin ilk dəfə olaraq səma cisminin hərəkətini dəyişdirə bilməsi hadisəsidir.
Moderator.az xəbər verir ki, bu haqda "Reuters"("Reyters") məlumat yayıb.
Hazırlanması yeddi il çəkmiş 330 milyon dollarlıq missiya həm də Yer kürəsinə potensial meteorit təsirinin qarşısını almaq üçün nəzərdə tutulmuş planetar müdafiə sisteminin dünyada ilk sınağı idi.
NASA-nın Vaşinqtonda təqdim etdiyi teleskopla müşahidənin nəticələri "DART"-ın əsas məqsədinə çatdığını təsdiqləyir: asteroid hərəkət istiqamətini dəyişib...
Son iki həftə ərzində aparılan astronomik ölçmələr göstərdi ki, "Dimorfos" onun ətrafında dövr etdiyi özündən beş dəfə böyük ana asteroid olan "Didimos"a daha yaxınlaşıb və orbital dövr ü32 dəqiqə qısalıb. Alimlər hesab edirdilər ki, "DART"ın zərbəsi Dimorfosun orbital yolunu ən azı 10 dəqiqə qısalda bilər, lakin 73 saniyəlik dəyişiklik də uğurlu sayılırdı. Buna görə də müsbət və ya mənfi iki dəqiqəlik bir xəta ilə yarım saatdan çox olan faktiki dəyişiklik gözləntiləri aşdı. "Reuters" yazır ki, "Dimorfos"un tərkibi yerdəyişmədə əlavə faktor ola bilər...
"Dimorfos" ölçüsündə olan asteroid bütün planet üçün təhlükə yaratmayacaqdı, lakin birbaşa toqquşma halında böyük bir şəhəri yerlə-yeksan edə bilərdi. Alimlərin fikrincə, kiçik asteroidlər daha tez-tez görünür və nəzəri olaraq yaxın gələcək üçün daha böyük təhlükə təşkil edir...
Xatırladaq ki, "DART" sentyabrın 27-də "Dimorfos"a çırpılıb.
Sultan Laçın