"Biz Ukraynaya və Ukrayna xalqına demokratik Belarusla alyans yaratmağı təklif edirik..."
"Azad Ukraynasız azad Belarus və Avropa ola bilməz..."
"Belaruslar və ukrayalılar bir-birinə düşmən deyil, onlar eyni tərəfdə eyni şərlə vuruşur..."
Tixanovskaya Zelenskiyə maraqlı təkliflə müraciət edib...
Belarus müxalif hərəkatının lideri Svetlana Tixanovskaya Kiyevə Belarusun faktiki mühacirətdə olan Birləşmiş keçid kabineti ilə diplomatik münasibətlər qurmağı təklif edib. İndiki prezident Aleksandr Lukaşenkonu Belarus üçün rüsvayçılıq adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşri yazıb.
Ukrayna prezidenti Vladimir Zelenskiyə öz müraciətini Tixanovskaya Belarus dilində yazıb.
"Cənab prezident Zelenski, müraciətlərinizin birində Siz demisiniz:
"Biz dünyadan bizim əvəzimizə mübarizə aparmağı xahiş etmirik, bizə yardım edilməsini xahiş edirik".
Belaruslar da onların yerinə mübarizə aparmağı xahiş etmir. Biz Ukraynaya və Ukrayna xalqına demokratik Belarusla alyans yaratmağı təklif edirik.
Birləşmiş keçid kabineti Ukrayna ilə əməkdaşlığa, diplomatik və siyasi münasibətlər yaradılmasına hazırdır.
Biz Ukrayna ilə birgə hərəkət etməyə hazırıq, çünki azad Ukraynasız azad Belarus və Avropa ola bilməz", - Tixanovskaya deyib.
O, bəyan edib ki, belarusların Ukraynada Rusiya qəsbkarlarına qarşı vuruşmağından və Belarus ərazisində Lukaşenko rejiminə müqavimət göstərən partizan dəstələrinin fəaliyyət göstərməsindən qürur duyur.
"Lukaşenko belaruslar demək deyil. Lukaşenko mənim ölkəm üçün sadəcə rüsvayçılıqdır. O, Belarus ərazisindən Ukrayna şəhərlərinə raket buraxılışına icazə verib. O, Putinlə birgə silahlı qüvvələrin yaradılmasını anons edib. Sabah-birisi gün Lukaşenkonun nə səsləndirəcəyi bəlli deyil, çünki o, qərarlar qəbul etmir, onun əvəzinə bunu Kreml edir...
Ona görə də Belarus ölkəmizin milli maraqlarını sarsıdan Rusiya ilə hərbi-siyasi və iqtisadi ittifaqlardan çıxmalıdır", - Tixanovskaya bəyan edib.
Müxalif lider həmçinin qeyd edib ki, "belaruslar və ukraynalılar bir-birinə düşmən deyil, onlar eyni tərəfdə eyni şərlə vuruşur".
Tixanovskaya əlavə edib ki, Rusiyanın məğlubiyyətinə və Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına inanır.
Xatırladaq ki, Svetlana Tixanovskaya avqust ayında "kollektiv icraedici orqan" olan Birləşmiş keçid kabinetinin yaradılması barədə elan edib.
Siyasətçi komitənin yaradılma məqsədlərini də açıqlayıb:
"Bu, kollektiv icraedici orqandır, hər gün başlıca məqsədlərimiz-Belarus Respublikasının müstəqilliyi və suverenıyinin qorunması naminə işləyəcəyik,
Belarusun milli maraqlarını təmsil edəcək, ölkəmizi faktiki işğaldan xilas edəcəyik.
Biz konstitusiya qanunçuluğu və qayda-qanunu bərpa edəcək, hakimiyyəti qanunsuz qəsb etməyin qarşısının alınması üzrə tədbirlər həyata keçirəcək, hakimiyyətin diktaturadan demokratiyaya tranzitini təmin edəcək, azad və dürüst seçkilərin keçirilməsinə şərait yaradacaq, Belarusda demokratik dəyişikliklərə nail olunması üçün zəruri qərarları işləyib hazırlayacaq və icra edəcəyik".