Ekskluziv
5054
11 Oct 2022 | 19:07

"Mənim heç vaxt qəbul etmədiyim adamların mənə nifrət etməsindən necə xoşbəxtəm..."

"Alla, Siz həqiqətən bugünkü gerçəkliklər fonunda əsl qəhrəmansınız!.."
 
"Xoşbəxtsən? Nə ilə xoşbəxtsən? 80 yaşına görə? Gözdən pərdə asmaq üçün olan ərinlə? Son günlərini Vətəndə yaşamadığına görəmi?.."
 
Alla Puqaçova İsraildən pərəstişkarlarına müraciət edib
 
Onun "İnsragram" səhifəsindəki postu müxtəlif ölkələrdən həm heyrət, həm də qəzəb dolu minlərlə rəy yaradıb
 
İkinci dəfə Rusiyanı tərk edən məşhur rusiyalı müğənni Alla Puqaçova oktyabrın 10-da öz pərəstişkarlarına müraciət edərək bəyan edib ki, barış üçün dualar edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vesti" nəşri yazıb.
 
İsraildə olan Alla Puqaçova "İnstagram" səhifəsində pərəstişkarlarına dəstəyə görə minnətdarlıq edib və qeyd edib ki, həqiqəti yalandan ayırmaq çox vacibdir. "Mən xoşbəxtəm!"- müğənni əlavə edib.
 
Bu məlumat Ukraynanın Rusiya qoşunları tərəfindən güclü atəşlərə məruz qaldığı zaman açıqlanıb.
 
Puqaçovanın "İnstagram" akautunun 3, 6 milyon istifadəçisi var.
 
Bu material dərc edilən an onun postu üç saat ərzində 120 min bəyənilmə və 7300 şərh qazanıb.
 
Şərhçilərin fikirləri haçalanıb. Biriləri müğənniyə dəstək olub, digərləri onu pisləyib.
 
"Alla, Siz həqiqətən bu günkü gerçəkliklər fonunda qəhrəmansınız! Vicdanınzı maddiyyata dəyişmədiniz, müharibəyə dəstək vermədiniz. Adekvat rusiyalıların, bütün ruhu ilə savaşa və hakimiyyətimizin qonşu dinc ölkədə etdiklərinə nifrət edənlərin adından çox sağ olun deyirik", - bunu qadın pərəstişkarlardan biri yazıb.
 
"Xoşbəxtəm" sözünlə gülüş doğurdun. Nə ilə xoşbəxtsən?? 80 yaşına görə? Gözdən pərdə asmaq üçün olan ərinlə, son günlərini Vətəndə yaşamadığına görəmi?  Bu nağılları skamyalarda əyləşən nənələrə danışarsan!" - başqa istifadəçi qadın yazıb.
 
İndi Puqaçovanın yaşadığı ölkə də diqqətdən kənarda qalmayıb.
 
"Alla, sən palıddan yıxılmısan? Bütün həyatın boyu İsrail Fələstini bombalayıb, bu nə seçimdir, Rusiyanı İsrailə dəyişmisən!"- daha bir istifadəçi yazıb.
 
Akkauntun ukraynalı istifadəçiləri də ürək sözlərini ifadə edib.
 
"Hazırda Kiyev şəhəri bombalanır, amma mən bilirəm ki, Siz bütün bunlara qarşısınız. Sizinlə birlikdə barış üçün dualar edirik", - istifadəçilərdən biri yazıb.
 
Xatırladaq ki, Alla Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birgə fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanı, özünün əvvəlcə deməsinə görə, "məzuniyyət və müalicə" məqsədilə tərk edib.
 
Bir müddət ulduz ailə İsraildə qalıb, Qalkin konsertlər verib, böyük uğur qazanıb, sonra Latviyaya köçüb.
 
Sentyabrın 18-də Puqaçova Rusiya Ədliyyə Nazirliyinə müraciət edərək, əri ilə həmrəylik əlaməti olaraq, ona da xarici agent statusunun verilməsini xahiş edib. 
 
Puqaşova həmçinin Ukraynada müharibəyə münasibət bildirib. Doğrudur, nə "müharibə" sözündən, nə ölkənin adından istifadə etməyib, lakin "xəyali məqsədlər naminə oğullarımızın həlak olması  ölkəmizi izqoya çevirir" ifadəsi birmənalı olub.
 
Sentyabrın 29-da müğənni övladları Harri və Liza ilə Rusiyadan İsrailə uçub.
 
Bir neçə gündən sonra o, "İnstagram" səhifəsində bədxahlarına müraciət edib.
 
"Aman Tanrım! Mənin heç vaxt qəbul etmədiyim adamların mənə nifrət etməsindən necə xoşbəxtəm. Əgər mən onların xoşuna gəlsəydim, bu, o demək olardı ki, mən nahaq yerə oxuyub yaşamışam. Səbəb aydındır. Qoy dişlərini qıcasınlar. Kölə idilər, qula çevriliblər", - Alla Borisovna yazıb.
 
Bu arada isə müğənninin həyat yoldaşı Maksim Qalkin konsert fəaliyyətini davam edir və müxtəlif ölkələrdə çıxış edir. 
 
İsraildə uğurlu turnedən sonra o, Türkiyə, Latviya, Estoniya, Finlandiya, Polşa və Böyük Britaniyata konsert proqramı ilə yola düşüb.
Link kopyalandı!
Son xəbərlər