Bizi sosial şəbəkələrdən izləyin:
Fransa tərəfindən Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar davam edir. Bu iyrənc təşəbbüslər Senatı Dağlıq Qarabağda humanitar ofisin Azərbaycan-Ermənistan sərhəddindəki son qanlı qarşıdrumalardan sonra daha da çoxalıb.
Dünən - oktyabrın 10-da Fransa Senatı Azərbaycan Respublikasının ermənilərin məskunlaşdığı ərazisində humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə çağırıb.
Moderator.az xəbər verir ki, News.am saytının yazdığına görə, senata Fransa hökumətini Qarabağda humanitar ofisin yaradılmasını müzakirə etməyə çağıran qətnamə layihəsi təqdim edilib(bax: //www.senat.fr/leg/ppr22-003.html).
Qətnamə Azərbaycana qarşı sanksiyaların tətbiqinə və onun qüvvələrinin Ermənistan ərazisindən dərhal çıxarılmasına, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasının yerinə yetirilməsinə və iki ölkə arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş hər hansı təşəbbüslərin təşviqinə çağırır.
Qətnamə müəllifləri hökuməti Dağlıq Qarabağda humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə, xüsusilə, Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərə alaraq Fransanın Ermənistana dəstəyini hər vasitə ilə nümayiş etdirməyə çağırıblar.
Bundan əlavə, Fransa hökumətinə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində erməni əhalisinin və Ermənistanın təhlükəsizliyinə zəmanət vermək üçün dərhal istənilən təşəbbüslə çıxış etməyə çağırılmış və bu məqsədlə beynəlxalq ictimaiyyətin himayəsi altında aralıq qüvvələrin yerləşdirilməsi xahiş edilmişdir"-erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.
Qətnamədə Qarabağdakı separatçı-terrormu rejimin "respublika" kimi tanınmasının və davamlı sülhün bərqərar olması üçün bu tanınmanın danışıqlar alətinə çevrilməsinin zəruriliyi təsdiq edilib...
Xatırladaq ki, 44 günlük savaşdakı hərbi qələbəmizdən sonra -2020-ci il noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub...
Sultan Laçın