"Qəhvədən müntəzəm istifadə edənlərdə ürək-damar xəstəlikləri və ölüm halları riski azalır..."
"Qəhvənin tərkibində təkcə kofein deyil, 100-dək bioloji aktıv birləşmələr var ki, məhz onlar orqanizmə müsbət təsir göstərir..."
Qəhvə içkisindən müntəzəm istifadə edilməsi sağlam həyat tərzinin bir hissəsi olaraq ömrü uzada bilər.
Avstraliya alimləri çoxsaylı statistik məlumatları təhlil edərək bu nəticəyə gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşri yazıb.
Melburndakı Beyker adına ürək xəstəlikləri və diabet İnstitutunun alimləri Britaniyanın "Biobank"ının məlumatlarını tədqiq edib.
"Biobank" bütöv həyatı boyu yüz minlərlə insanın həyatının tam təsviri üzrə miqyaslı elmi layihədir.
Bu tədqiqatda alimlər 40 yaşdan yuxarı 440 min nəfəri seçib, onlarda gənclik illərində heç bir ürək-damar xəstəlikləri olmayıb.
Tədqiqatçılar onların həyatları boyu sağlamlıq vəziyyətlərini izləyib, onları vətəndaşların "qəhvə" vərdişləri ilə müqayisə edib.
Seçimin 53 faizini qadınlar təşkil edib, orta yaşları 58 olub. Onların sağlamlıq vəziyyəti və qəhvədən istifadə edilməsi xüsusiyyətləri 12 il ərzində öyrənilib.
Tədqiqatın nəticələri "Avropa profilaktik kardiologiya jurnalı"nda dərc edilib.
Bu zaman meydana çıxan aritmiyalar və ürək-damar xəstəliklərinin, habelə bütövlükdə ölüm hallarının qəhvənin konkret qara döyülmüş, həll olunan və qəhvəsizləşdirilmiş növlərinin istifadəsi arasında əlaqə öyrənilib.
Müəyyən edilib ki, gündə 1-5 fincan döyülmüş və ya həll edilən qəhvə içən insanlarda ürək aritmiyasının yaranma riski aşağı düşür, bu, qəhvəsizləşmiş qəhvə içənlərə aid deyil.
Aritmiyanın meydana çıxma ehtimalı gündə 4-5 fincan döyülmüş və ya 2-3 fincan həll edilən qəhvə içənlərdə ən az olub.
Ürək-damar xəstəliklər riski istənilən növ qəhvə içənlərdə ümumiyyətlə qəhvə içməyənlərə nisbətən xeyli az olub.
Bu xəstəliklərin ən az yaranma riski gündə 2-3 fincan istənilən növ qəhvə içənlərdə müşahidə edilib.
Bu kateqoriyada istənilən tibbi səbəblərdən ölüm hallarının ehtimalı aşağı olub. Bununla əlaqədar olaraq alimlər xatırladır ki, qəhvənin tərkibində təkcə kofein deyil, 100-dək bioloji aktıv komponentlər var. Və böyük ehtimalla kofein deyil, məhz bu birləşmələr orqanizmə müsbət təsir göstərir.
Tədqiqatçılar qeyd edir ki, belə statistika məhz qəhvənin orqanizmə müsbət təsiri demək deyil, yalnız qarşılıqlı əlaqəni sübut edir.
Görünür, qəhvə içənlərdə içməyənlərlə müqayisədə hansısa tipik xüsusiyyətlər var ki, onlar ölüm və ürək xəstəlikləri riskini azaldır.