"İmmun sistemini möhkəmləndirir, infeksiyalara qarşı müqaviməti artırır, toksinlərdən təmizləyir, qrip və soyuqdəymədə ani təsir edir..."
Türkiyədə sentyabr ayında məhsulu yığılan naringi immun sistemini möhkəmləndirir və payız mövsümündə istilər soyuqla əvəzlənəndə orqanizmin müqavimət qabiliyyətini yüksəldir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
Bəs naringi şirəsini hər səhər hansı xəstəliklərdən qorunmaq üçün içmək faydalıdır?
Naringi C vitaminin ən faydalı və təbii mənbəyidir, immun sisteminin möhkəmlənməsi üçün çoxlu miqdarda istifadə etmək tövsiyə edilir.
Xüsusilə ilin fəsilləri dəyişəndə orqanizmin müqavimətini artırmaq və toksinləri ən sağlam üsulla çıxarmaq üçün qəlyanaltıya əlavə etmək tövsiyə edilir.
Naringi şirəsi isə məktəb yaşlı uşaqları qida məhsulları ilə zəruri miqdarda təmin edir.
Naringi şirəsinin faydalı xüsusiyyətləri
Qida maddələri və antioksidantlarla zəngin olan naringi orqanizmi tamamilə yeniləndirir və onu xəstəliklərdən qoruyur. Bu sutrus meyvəsi C vitamini ilə zəngindir, bu da orqanizmin payız və qış mövsümündə müxtəlif infeksiyalara qarşı müqaviməti artırır. Ona görə də o, immun sisteminin möhkəmlənməsində mühüm rol oynayır.
Naringi şirəsi aşağıdakı faydalı xüsusiyyətlərə malikdir:
- C vitamini ilə zəngin olması ilə immun sistemi möhkəmləndirir, ən təbii yolla orqanizmin vitamin və minerallara tələbatını ödəyir;
- eyni zamanda güclü antioksidant mənbəyidir, xərşəng hüceyrələri ilə mübarizə aparır, orqanizmi təpədən dırnağadək toksinlərdən təmizləyir və iltihabı götürür;
- müntəzəm istifadə edildikdə orqanizmdə sərbəst radikallarla mübarizə aparır və daxili orqanlarının sağlamlığına dəstək verir;
- qanda xolesterinin miqdarını tənzimləyir, ürək-damar xəstəliklərindən qoruyur;
- arterial təzyiqi normaya salır;
- orqanizmdə kollagenlərin miqdarını artırır, qocalıq əlamətlərini aradan qaldırır;
- bağırsaq mikroflorasının balansını bərpa edir, bağırsağın sağlamlığını qoruyur;
- həzm sisteminin işini sürətləndirir;
- orqanizmin qrip, soyuqdəymə kimi mövsümi xəstəliklərə müqavimətini yüksəldir, immun sistemini möhkəmləndirir.
Bir stəkan naringi şirəsinin (200 ml) qida dəyəri (qramla):
- karbohidratlar - 20, 20
- zülallar - 1, 00
- yağlar - 0, 40
- selüloza - 0, 35
- xolesterin - 0, 00
- natrium - 2, 00
- kalium - 366, 00
- kalsium - 68, 00
- A vitamini - 114, 00
-C vitamini - 36, 93
Naringi şirəsi necə təsir edir?
1. Yaraları sağaldır.
2. Qrip və soyuqdəymədə ani olaraq kömək edir.
3.Güclü öskürəyi yumşaldır.
4.Boğaz ağrısını görürür.
5.Xərçəngdən qoruyur.