Ekskluziv
3539
10 Oct 2022 | 13:00

"Rusiya terrora görə cəzalanmasa, müharibənin miqyası genişlənərək digər ölkələrə keçəcək"

"Terrorçularla danışıqlar aparılmır, onlar zərərsizləşdirilir..."
 
"Terror cəzasız qalacaqsa, dünyada azadlıq, insanlıq və demokratiya məğlub olacaq..."
 
"Dövlət səviyyəsində terror bütün beynəlxalq birliyə böyük təhlükədir..."
 
"Ukrayna bu savaşqa qalib gələcək, biz terrorçu dövlət olan Rusiyanı yerində oturdacağıq..."
 
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın Ukraynada mülki obyektlərə zərbələri Moskvanın sülh danışıqlarını aparmaq istəyinin olmamasını sübut edir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, oktyabrın 9-da növbəti videomüraciətində bəyan edib. Müraciət prezident Ofisinin YouTube kanalında yayılıb.
 
"Bu gün mən müraciətimi Rusiyanın, guya, danışıqlar barədə manipulyasiyalarına uyanlara ünvanlamaq istəyirəm. Guya danışıqlar Rusiyanın bu qəddar terrorçu müharibəsinə son qoyacağı barədə manipulyasıyaları nəzərdə tuturam.
 
Terrorçu dövlət sülh istəyirmi? Aydındır ki, xeyr. O, bunu hər gün və hər gecə nümayiş etdirir", - Zelenski bəyan edib.
 
Prezident oktyabrın 9-da Zaporojyeyə endirilən raket zərbəsini, nəticədə "ən azı 14 nəfərin həlak olmasını", "yüzlərlə ailələrin evsiz-eşiksiz qalması"nı nümunə gətirib.
 
"Bu, şüurlu zərbə olub. Bu əmri verən və onu icra edənlər haraya zərbə endirdiklərini bilib. Bugecəki zərbələr Rusiyanın Zaporojyeyə zərbələr seruyasının davamı olub, təkcə bu həftə oktyabrın 3-dən belə zərbələr nəticəsində ən azı 43 nəfər həlak olub. 
 
Həmçinin Xarkova, Donbas şəhərlərinə, Ukraynanın digər şəhərlərinə zərbələr endirilib. Habelə İran dronları ilə zərbələr, aviazərbələr olub. Onların mütləq əksəriyyəti dövlətimizin mülki infrastrukturuna, mülki insanlara endirilən zərbələr olub", - o, deyib.
 
Zelenski hesab edir ki, "kimsə danışıqlar istəyirsə, belə davranmır, kimsə terrorçudursa, məhz belə edir".
 
Zelenski vurğulayıb ki, terrorçularla, Rusiyanın Ukraynaya qarşı müharibədə təklif edildiyi kimi, danışıqlar aparılmır, onlar zərərsizləşdirilir.
 
"Doğrudanmı danışıqlar terrorun qarşısını almağa kömək edir? Bu gün hamı bu suala dürüst cavab verməlidir. Terrorçular zərərsizləşdirilməlidir. Terror cinayətdir və cəzalandırılmalıdır. Dövlət səviyyəsində terror isə ən dəhşətli beynəlxaq cinayətlərdən biridir, təkcə kimsə bir nəfərə deyil, bütün beynəlxalq birliyə olan təhlükədir", - Zelenski deyib.
 
Prezident vurğulayıb ki, "terror cəzasız qalacaqsa, terrorçu o qədər qorxu törədəcək ki, nəticədə dünyada kimsə terrora göz yummağa razı olacaqsa, məhz bu, azadlıq, insanlıq və demokratiyanın məğlubiyyəti olacaq".
 
"Rusiya məhz bunu istəyir. Məhz buna görə ona
terrorçu dövlət tərəfindən təhrik edilən raket zərbələrindən qlobal böhranadək bütün bu terror lazımdır.
 
Tarixdə bu, artıq baş verib. Keçən dəfə terrorçu dövlətə can atdığı şeylərə onun terrorundan qorxan dünya gücləri tərəfindən icazə veriləndə, ikinci dünya savaşı başlayıb", - o, izah edib.
 
Zelenski vurğulayıb ki, bu gün dünya birləşib və "dünyada hamı Rusiyanın Ukraynada müharibəni əslində nəyə qarşı apardığını anlayır".
 
"Rusiyanın bu müharibəsi insanları insan, həyatı dinc edən dəyərlərə qarşı müharibədir. Ukrayna bu savaşda qalib gələcək. Biz öz torpağımızı azad edə biləcəyik və terrorçu dövlət olan Rusiyanı yerində oturdacağıq. Rusiya terrora görə cəzalanmalıdır. Yalnız bu, qarşıdurmanın böyük miqyasda genişlənməsi və digər ölklərə keçməsinin qarşısını almağa zəmanət verə bilər", - o, belə hesab edir.
 
Bu arada isə məlumat yayılıb ki, bu gün, oktyabrın 10-da Kiyev şəhərində bir neçə partlayış baş verib, ölən və yaralananlar var.
 
Bu, iyunun 26-dan bəri ilk dəfədir ki, baş verir. Raketlərdən biri Kiyev vilayəti üzərində Ukrayna HHM tərəfindən vurulub. Şəhərdə həyəcan siqnalı verilib, əhaliyə sığınacaqları tərk etməmək tövsiyə edilib. Raket zərbələri davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər