Bizi sosial şəbəkələrdən izləyin:
Babalı Rusiya “sülhməramlı”larının boynuna...
Bu gün – oktyabrın 9-da Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisində 32-ci ildir ki, faktiki fəaliyyət göstərən separatçı-terrorçu erməni rejim 5 məntəqəmizdə qanunsuz “yerli orqanlar”a qeyri-qanuni “seçki”lər keçirib.
Moderarotor.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, həmin kəndlər bunlardır: Tərtər rayonunun “Mohrataq” adlandırılmış Kişik Qarabəy, Ağdam rayonunun “Nor Qazançi” adlandırılmış Sırxavənd, Kəlbəcər rayonunun “Vank” adlandırılmış Vəngli, “Tsmakaxoq” adlandırılmış Bazarkənd, Xocavənd rayonunun Xərxan kəndi. Bazarkənd kəndində qondarma “icma başçısı”, digər 5 kənddə isə “icma üzvləri” “seçilib”...
P.S. Babalı Rusiya “sülhməramlı”larının boynuna...
Sultan Laçın