3722
09 Oct 2022 | 19:42

"O, homoseksualdır və xüsusi hərbi əməliyyatı dəstəkləmir"...

"Azyaşlı üşaqların homoseksual ailədə tərbiyə edilməsi onların psixi və fiziki tərbiyəsinə zərər vuracaq..."
 
"Əkizlər Harri və Liza Alla Puqaçovanın dondurulmuş yumurta hüceyrələrindən istifadə edilməklə surroqat ana tərəfindən dünyaya gətirilib..."
 
Qalkini valideynlik hüququndan məhrum etmək istəyirlər...
 
Vladimir Putin rejimini fəal şəkildə tənqid edən Rusiyanın məşhur yumor ustası Maksim Qalkin Rusiyada "xarici agent" elan edilib və bundan sonra repressiyalardan yan keçmək üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. 
 
İndi isə bəlli olub ki, Moskva vilayət prokurorluğu Qalkinin valideynlik hüququndan mərhum ediməsi barədə təklif edilən müraciəti qeydə alıb.
 
Moderator.az xəbər verib ki, bu barədə  Rusiyanın Federal Xəbərlər Agentliyi (FXA) məlumat verib.
 
Moskva prokurorluğuna həddi-buliğa çatmamış Liza və Harri Qalkinin hüquqlarının pozulması faktı üzrə yoxlama aparılması tələbi ilə müraciət edən ərizəçi "Sular və meşələrin mühafizəsi" muxtar qeyri-kommersiya təşkilatının direktoru, hüquqşünas Yaroslav Mixaylovdur.
 
O, bəyab edib ki, Maksim Qalkinin davranışı və seksual oriyentasiyası onun övladlarının psixi və fiziki sağlamlığına neqativ təsir göstərir.
 
"KİV-lərdə müntəzəm olaraq 18 iyun 1976-cı il təvəllüdlü, Moskva vilayəti Naro-Fominsk rayonunda doğulmuş, Odintsovo rayonunun Qryaz kəndində yaşayan vətəndaş Qalkin Maksim Aleksandroviç barəsində belə məlumatlar dərc edilir ki:
 
1) o, homoseksualdır;
 
2) aparılan xüsusi hərbi əməliyyat haqqında neqativ fikirlər səsləndirir.
 
Bu zaman Qalkin iki həddi-buluğa çatmayan 18 sentyabr 2013-cü ildə surroqat ana tərəfindən doğulmuş övladlarını-qızı Yelizaveta və oğlu Harrini böyüdür.
 
Azyaşlı uşaqların homoseksual ailədə tərbiyə edilməsi, şübhəsiz, onların psixi və fiziki tərbiyəsinə zərər vuracaq.
 
Bununla əlaqədar olaraq azyaşlı uşaqların homoseksual Qalkin tərəfindən tərbiyə edilməsinin qarşınının alınması üzrə tədbirlər görülməsini zəruri hesab edirəm", - Yaroslav Mixaylov prokurorluğun nəzərinə çatdırır.
 
Federal Xəbərlər Agentliyi dəqiqləşdirib ki, ərizəçi artıq cavab alıb: onun müraciəti qeydə alınıb və Naro-Fomin şəhər prokurorluğuna göndərilib.
 
Qalkin sentyabrda xarici agent kimi tanınıb, əsas kimi "Ukrayna tərəfindən maliyyələşməsi" göstərilib.
 
Onun həyat yoldaşı, məşhur sovet və Rusiya estrada ulduzu Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyinə müraciət edərək, ona da xarici agent statusunun verilməsini xahiş edib.
 
Sentyabrın 20-da Alla Puqaçova özəl təyyarə ilə övladları ilə birgə Rusiyadan İsrailə uçub. O, uşaqlarının sənədlərini məktəbdən götürüb.
 
Əkizlər Harri və Liza 18 sentyabr 2013-cü ildə doğulub. Uşaqlar Alla Puqaçovanın dondurulan yumurta hüceyrələrindən edilməklə surroqat ana tərəfindən dünyaya gətirilib.
 
Rusiyada onlar elit özəl məktəbdə oxuyub, məktəbin ərazisində tennis kortu və hovuz olub, məktəbdən öncə Liza və Harri fransız uşaq bağçasına gedib, orada dil üzrə məşğələlər keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər