Həyəcan tutmaları zamanı orqanizmdə nə baş verir?..
Ekskluziv
5624
09 Oct 2022 | 18:08

Həyəcan tutmaları zamanı orqanizmdə nə baş verir?..

"Həyəcam tutmaları ilə ürək tutmalarının əlamətləri oxşar olduğundan şübhəli hallarda həkimlə məsləhətləşin..."
 
"Həyəcan tutmaları və ya təlaş pozuntularını alkoqol, siqaret və ya narkotiklərlə aradan qaldırmaq tövsiyə edilmir..."
 
Sinədə təzyiq, boğulma, bədənin əsməsi, ürəkdöyüntülərinin tezləşməsi, tərləmə, baş gicəllənməsi və təngnəfəslik-bunlar hər birimizin stres vəziyyətlərdə üzləşə biləcəyimiz həyəcan tutmalarının əlamətləridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Nədən insan orqanizmində belə hal baş verir və bu əzabverici vəziyyətdən tezliklə necə çıxmaq olar?
 
Bu ilin fevralın sonundan bir çoxumuz yüksək həyəcan, qorxu və narahatlıqla üzləşdik, bu da bir qrup insanlar üçün dözümlü olsa da, başqaları üçün həyəcan tutmasına gətirib çıxara bilər.
 
Bu qeyri-peşəkar tibbi termin deyil, sadəcə, geniş yayılmış ifadədir, fəqət, bu, belə halla rastlaşanların əzablarını heç də azaltmır.
 
Narahatlıq hər birimizin zaman-zaman keçirdiyimiz hissdir. Bu hiss gələcəkdə nəyin baş verəcəyi və ya, əksinə, baş verməyəcəyi barədə həyəcanda özünü büruzə verir, bu zaman əsəbilik və stresi gücləndirir.
 
Belə alınır ki, bəzi insanlar başqalarına nisbətən daha tez-tez və daha güclü narahatlıq keçirir. Ayrı-ayrı hallarda daha geniş həyəcan pozuntusu inkişaf edə bilər, bu da konkret obyekt və ya vəziyyətlə bağlı olmayan daimi dayanıqlı həyəcanla səciyyələnir.
 
Həyəcan tutmasının əlamətləri hansılardır?
 
Həddən artıq narahat olan insanlar bəzən sinədə təzyiq, boğulma, bədənin əsməsi, ürək döyüntülərinin tezləşməsi, tərləmə, baş gicəllənməsi, təngnəfəslik, ağızda və ya barmaqlarda sancmalar kimi əlamətlər keçirir. Bəzi hallarda belə hallar sizdə həyəcan tutmasının başlanmasına dəlalət edə bilər.
 
Hərçənd, qeyd edək ki, hər bir konkret hala ayrıca baxmaq lazımdır, çünki bir çox təhlükəli xəstəliklər, məsələn, ürək tutması da analoji təzahür edə bilər. Ona görə də sizdə azacıq şübhə varsa, həkimlə məsləhətləşin.
 
Təlaş pozuntusu nə deməkdir?
 
Həyəcan tutmasından fərqlənən təlaş pozutusu ildə bir neçə dəfədən gündə bir neçə dəfəyədək spontan və səbəbsiz  təlaş hücumlarının yaranması, habelə fasilələrdə onların baş verə biləcəyinin əzablı gözləntiləri ilə səciyyələnir.
 
Belə vəziyyət insan həyatının keyfiyyətini xeyli məhdudlaşdırır və pisləşdirir. Əgər siz və ya yaxınlarınız belə hal keçirirsinizsə, bu sahədə peşəkarla mütləq məsləhətləşmək lazımdır. 
 
Bundan başqa, bu əlamətləri hiss edəndə həyəcanı alkoqol, siqaret və ya narkotiklərlə aradan qaldırmaq tövsiyə edilmir. Bunlar dəqiq kömək etməyəcək, vəziyyəti bir az da pisləşdirə bilər.
 
Həyəcan tutmasından necə qurtulmalı?
 
Problem ondadır ki, stres vəziyyətlərdə insanlar özünü yaxşı hiss etmək üçün üsullar axtarmaq əvəzinə, diqqəti dəyişə bilmədiyi şeylər üzərində cəmləşdirir.
 
Birincisi, həmişə yadda saxlamaq lazımdır ki, həyəcan keçirmək tamamilə normaldır, ətrafımızda olan insanların əksəriyyəti həyatlarının müəyyən mərhələlərində narahatlıq və qorxu keçirir. Ona görə də bu bəla ilə yalnız sizin təkbətək qaldığınızı düşünmək üçün əsas yoxdur.
 
Eyni zamanda, bu vəziyyəti yüngülləşdirmək üçün bir sıra şeylər etmək olar. Məsələn, yavaş-yavaş dərindən nəfəs alın, yaxud dərketmə və ya meditasiya (fikrin cəmlənməsi) kimi relaksasiya metodlarından istifadə edin.
 
Həyəcanın götürülməsinin daha bir səmərəli üsulu müntəzəm fiziki hərəkətlərdir.
 
Bundan başqa, belə hissiyyatlar barədə öz dostlarınız, ailə üzvləriniz və ya peşəkarlarla danışmaq vacibdir və lazımdır. Belə ki, həyəcan tutmalarından yaxa qurtarmaq üçün koqnitiv-davranış terapiyası kömək edə bilər.
 
Healthy Walla
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər