Belarus Ukraynanı zərbə endirməyə hazırlıqda ittiham etdi, Kiyevin cavabı kəskin oldu...
4495
09 Oct 2022 | 15:45

Belarus Ukraynanı zərbə endirməyə hazırlıqda ittiham etdi, Kiyevin cavabı kəskin oldu...

"Taktiki nüvə silahı əvəzinə Lukaşenkonu qızışdırırlar..."
 
"Bu, Rusiyanın Ukraynaya qarşı çoxsaylı təxribatlarının tərkib hissəsidir..."
 
"Belarus hakimiyyəti Kremlin nazı ilə oynamağa və Ukraynaya qarşı təcavüzündə ona dəstək göstərməsinə son qoymalıdır..."
 
"Məqsəd Ukrayna qüvvələrini cəbhədən Belarus sərhəddinə maksimum cəlb etməkdir..."
 
Belarus xarici işlər nazirliyi oktyabrın 8-də Ukrayna səfiri İqor Kizimi çağıraraq ona Ukraynanın, guya, Belarus Respublikasının ərazisinə hücum etməyə hazırlaşması barədə nota təqdim edib.
 
Ukrayna xarici işlər nazirliyi bunu təxribat adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə bəyanat Ukrayna xarici siyasət idarəsinin saytında dərc edilib.
 
"Notada Belarus tərəfi iddia edir ki, Ukrayna Belarus ərazisinə zərbə endirməyi planlaşdırır. Bu məlumat həqiqətə uyğun deyil. Biz Belarus rejiminin növbəti iftirasını qətiyyətlə rədd edirik.
İstisna etmirik ki, nota verilməsi Rusiyanın təxribatlar törətmək və bundan sonra da Ukraynanı ittiham etmək üzrə planının bir hissəsidir. Belarus xalqını belə təxribatlara ugmamağa çağırırıq", - Ukrayna XİN-in bəyanatında deyilir.
 
Diplomatlar vurğulayıb ki, Ukrayna heç vaxt başqalarının ərazilərinə iddia etməyib.
 
"Biz beynəlxalq hüququn və BMT Nizamnaməsinin başlıca norma və prinsiplərinə riayət edirik. Belarus hakimiyyəti Kremlin nazı ilə oynamağa və Rusiyanın Ukraynaya qarşı təcavüzünün həyata keçirilməsində ona dəstək göstərməsinə son qoymalıdır", - diplomatik idarə çağırış edib.
 
"Taktiki nüvə silahı əvəzinə Lukaşenkonu qızışdırırlar. Dünən Belarus Ukraynanı ona hücum etməyə hazırlıq görməsində rəsmən ittiham edib. Məqsəd Ukrayna qüvvələrini cəbhədən Belarus sərhədinə maksimum cəlb etməkdir", - bu fikri Litvanın müdafiə naziri Arvidas Anuşauskas "Twitter"də yazıb.
 
Xatırladaq ki, 24 fevral 2022-ci ildə Rusiya qoşunları RF və Belarus ərazisindən Ukrayna ərazisinə hərbi müdaxiləyə başlayıb və Kiyevi ələ keçirmək istəyib. Baxmayaraq ki, Lukaşenko belə bir şeyin olmayacağına əmin edib.
 
Müharibə başlanandan Belarus ərazisindən Rusiya aviasiyası uçaraq raket zərbələri endirib və bu gün də baş verir. Belarus hərbçilərinin geyimini dəyişərək hərbi müdaxilədə, guya, iştirak etdikləri barədə ayrı-ayrı məlumatlar olub, amma rəsmi təsdiqini tapmayıb. 
 
Lukaşenkonun "xüsusi əməliyyat" olmasaydı, Ukrayna ilk olaraq qonşu dövlətlərə hücum edəcəyi ilə bağlı nitqindən bir parça internetdə çoxsaylı lətifələrə və memlərə çevrilib.
 
"Mən indi sizə Belarusa hücumun haradan hazırlanmasını göstərəcəyəm...Əgər əməliyyatdan 6 saat öncə mövqelərə ilkin zərbə endirilməsəydi...mən xəritə gətirmişəm, indi göstərəcəyəm...", - o zaman Belarus prezidenti bəyan edib.
Link kopyalandı!
Son xəbərlər