"Rusiya sualtı internet-infrastrukturunu qismən sıradan çıxarmağa imkan verən texniki vərdişlərə malikdir..."
"Ruslar Avropada bu qış iqtisadi çətinliklər yaratmaq məqsədilə öz boru kəmərini partladıbsa, interneti dizüstə qoymaq üçün düşünüb-daşınmayacaq..."
Rusiyanı Avropa İttifaqı ilə birləşdirən "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində müəmmalı partlayışların təbiəti son günlər bir qədər aydınlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Qaz kəmərlərinə hücuma görə hələ heç kim məsuliyyəti öz üzərinə götürməyib. Amerikalı və avropalı məmurlar Kremli ittiham etsələr də, etiraf edib ki, motiv şübhəli görünür, Rusiya bundan Avropa İttifaqına nisbətən daha çox ziyan çəkib.
Lakin Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Rusiya onsuz da sanksiyalar ucbatından istismara verilməyən "Şimaı axını-2" -nin sağ qalan hissəsi ilə Avropaya qaz tədarük etməyə hazırdır.
Beləliklə, bu partlayışlar Rusiya hakimiyyətinin Avropa İttifaqının Rusiya enerjidaşıyıcılarına tətbiq edilən sansksiyalardan imtina etmək üçün şantaja bənzəyir.
Qərb siyasətçilərini bir məsələ düşündürür: növbəti hücum obyekti nə olacaq?
Qlobal interneti təmin edən sualtı kabellər şəbəkəsi böyük həyəcan doğurur. Dünyanın bütün qitələrini birləşdirən və hər şey üçün-videoçarxlardan YouTube-da əməliyyatlaradək rəqəmsal magistral olan bu kabellər növbəti hədəf ola bilər, çünki zəif mühafizə olunub, Rusiya kimi avtoritar rejimlər isə qeyri-hərbi hədəfləri güdməyə və hibrid müharibə taktikasından istifadə etməyə hazır olduğunu nümayiş etdirib.
Demək olar ki, bütün dünya internet-trafiki ümumi uzunluğu 1, 3 milyon km olan 400-dən artıq optolifli borulardan ibarət qlobal şəbəkə üzrə ötürülür, bunu "Politico" nəşri yazıb.
Onlar, demək olar ki, istisnasız olaraq "Google" və "Microsoft", habelə Fransanın "Alcatel Sunmarine Networks" və Çinin "Huawei Marine Networks" özəl şirkətləri tərəfindən istismar edilir.
Kabellərin yerləşməsi də onları hücumlara həssas edir. Onlar bütün Yer kürəsini əhatə edir və fövqəladə ucqar rayonlarda, sualtı qayıqlar və ya pilotsuz sualtı aparatlar üçün əlçatan yerlərdə yerləşir.
Rusiya, Çin və Şimali Koreya bu sualtı kabelləri sabotaj edə bilər, çünki onlar Qərb hökumətləri tərəfindən nəzarət edilmir.
Britaniya və Amerika hərbçiləri dəfələrlə xəbərdarlıq edib ki, Rusiya sualtı internet-infrastrukturunu qismən sıradan çıxarmağa imkan verən texniki vərdişlərə malikdir, bu da Qərbin rəqəmsal şəbəkələrinin işini poza bilər.
İrlandiya hökumətindəki mənbə "İrish Mirror" nəşrinə deyib:
"Ruslar bu qış qaz qıtlığı gözlənilən Avropada iqtisadi çətinliklər yaratmaq məqsədilə öz boru kəmərini partladıbsa, onlar interneti diz üstə qoymaq üçün düşünüb-daşınmayacaq".
Müəllif: Aleksandra Appelberq