Rusiya MN 3 gündür ki, Zabux kəndini məsuliyyət zonasına salıb…-XƏRİTƏLƏR
Ekskluziv
7694
08 Oct 2022 | 19:15

Rusiya MN 3 gündür ki, Zabux kəndini məsuliyyət zonasına salıb…-XƏRİTƏLƏR

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 17-21 sentyabr və 30 sentyabr  2022-ci il tarixlərinə aid dislokasiya xəritələrində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərinin yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına gah daxil edilməsi, gah da çıxarılması haqda yazmışdıq(bax://moderator.az/az/ekskluziv/556724/rusiya-mn-bizi-ele-salir-yoxsa-lacin-seheri-yene-mesuliyyet-zonalarinda-xeriteler/ ).
Moderator.az-ın bugünkü araşdırmasından bəlli olur ki, son 4 gün ərzində oxşar oyun Laçın rayonunun avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış digər yaşayış məntəqəsi- Zabux kəndinin ətrafında baş verir.
Belə ki, oktyabrın 4-ə aid xəritədən  Rusiya hərbçiləri Ermənistanla sərhəddəki 1 nömrəli “sərhəd körpüsü” postundan Zabux kəndinədək patrul xidməti keçirdiyi bəlli olur və Zabux kəndi həmin xəritədə “sülhməramlı”ların dislokasiya xəritəsinə daxil edilir. Oktyabrın 5-də  eyni məntəqə həmin xəritədən çıxarılır, ayın 6 və 7-də isə yenidən daxil edilir.
P.S. Deyəsən, Ukraynada işləri fırıq olan Rusiya Qarabağda bizimlə siçan-pişik oyunu oynayır…
 
Sultan Laçın 
 
 
Link kopyalandı!
Son xəbərlər