Səhər yeməyindən imtina beynin koqnitiv (dərketmə) funksiyasını poza bilər
Ekskluziv
4194
08 Oct 2022 | 18:30

Səhər yeməyindən imtina beynin koqnitiv (dərketmə) funksiyasını poza bilər

"Qidalanma sutka ərzində bərabər paylanmalı, eyni saatlarda və hər 4-5 saatdan bir olmalıdır..."
 
"Qlükoza orqanizm üçün beynin optimal səviyyədə fəaliyyət göstərməsi üçün yanacaqdır..."
 
Köhnə deyimə görə, səhər yeməyi ən vacib qida qəbuludur. Heç demə, dietik müdriklik həqiqətə uyğundur. Məsələ burasındadır ki, yeni tədqiqatın nəticələrinə görə, səhər yeməyindən imtina koqnitiv funksiyamıza ciddi zərər vurur.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Eat This, Not That" nəşri yazıb.
 
Tədqiqatın nəticələri
 
"Life Metabolism" jurnalında dərc edilib və onun nəticələri barədə Çjetszyan universitetindən doktor Çançjen Yuan və doktor Dunmey Yu danışıb.
 
Tədqiqatda qidalanma məsələləri üzrə ictimai bazadan 3 342 nəfər iştirak edib. Bunlar orta yaşı 62 olan kişi və qadınlar olub. Tədqiqat qrupun qidalanma rejiminə, konkret olaraq nə zaman yediklərinə və hansı qida qəbulunu buraxdıqlarına həsr edilib. 
 
Bundan başqa, müəlliflər telefon vasitəsilə xatirələr, hesab və riyaziyyatın əsasları kimi koqnitiv funksiyaların öyrənilməsi məqsədilə testlər keçirib.
 
Həyat tərzinin və sağlamlıqla bağlı amillərin nəticələrə təsir etdiyini nəzərə alaraq, alimlər bu nəticəyə gəlib ki, sutka ərzində eyni zamanda bərabər paylanan qidalanma insanın dərketmə funksiyasına yaxşı təsir edir. Digər tərəfdən, səhər yeməyindən imtina ona zərər vurur.
 
Qidalanma üzrə mütəxəssis Kiran Kempbell qeyd edib ki, səbəblərindən asılı olmayaraq, səhər yeməyindən imtina edilməsi nəticə etibarilə tamamilə ziyanlıdır. Vacib deyil, tələsirsiniz, seçim edə bilmirsiniz və ya həmin anda ac deyilsiniz, ilk qida qəbulunu buraxmaq pis ideyadır.
 
O, vurğulayıb ki, əgər yalnız sadə şəkərdən (məsələn, şirin baton) ibarət aşağı keyfiyyətli səhər yeməyi yeyilərsə, koqnitiv funksiyaya neqativ təsir edə bilər.
 
"Orqanizm üçün qlükoza beynin optimal səviyyədə fəaliyyət göstərməsi üçün yanacaqdır. İlk qida qəbulunu buraxsaq, bədəni və başı onların günə başlamaq üçün ehtiyacı olduğu yanacaqdan məhrum edirik.
 
Qidalanma qrafiki və onun sutka ərzində paylanmasından danışarkən, Kempbell deyib:
 
"Mən pasientlərə yuxudan oyanandan 4-5 saat gec olmayaraq səhər yeməyi tövsiyə edirəm. Bu, koqnitiv funksiyanın və təfəkkür vərdişlərinin zəifləməsinin qarşısını almağa və şəkəri və çəkini lazımi səviyyədə saxlamağa kömək edəcək".
 
Kempbell deyib ki, qidalanmanın müntəzəm olmaması həmçinin bədən çəkisinin artmasına, maddələr mübadiləsinin pozulmasına, ürək-damar xəstəlikləri, hipertoniya riskinin artmasına, acqarına lipidlərin miqdarının yüksəlməsinə gətirib çıxara bilər".
 
"Bu səbəbdən də günə düzgün, yəni bədənin və beynin ehtiyacı olan qida maddələrindən başlamaq lazımdır. Və unutmayın ki, hər 4-5 saatdan bir orqanizmi növbəti dəfə qidalandırmaq gərəkdir", - Kempbell deyib.
Link kopyalandı!
Son xəbərlər