Ekskluziv
4385
08 Oct 2022 | 16:35

"Putin kollektiv Qərblə yeni saziş imzalamaq istəyir" - Ərdoğanın baş müşaviri

"Soyuq müharibənin sonunda Qorbaçov və Yeltsin dönəmində imzalanan sazişlər köhnəlib..."
 
" Yeni Rusiya var, yeni dünya, yeni gerçəkliklər var və onlar yeni sövdələşmə imzalamaq istəyir..."
 
"Ərdoğan Putini telefonla doğum günü münasibətilə təbrik edən beş nəfərdən biri olub..."
 
"Biz belə hesab edirik ki, Putin Qərblə yeni böyük sövdələşmə, yeni saziş imzalamaq istəyir. Bu, şübhəsiz, qismən Ukrayna ilə bağlıdır. Lakin daha qlobal məsələ Rusiya ilə Qərb arasında yeni sazişdir".
 
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşrinə müsahibəsində Türkiyə prezidentinin rəsmi nümayəndəsi, təhlükəsizlik və xarici siyasət üzrə Şuranın vitse-prezidenti və Türkiyə prezidenti yanında baş müşavir İbrahim Kalın bəyan edib.
 
O, son zamanlar Rusiya liderinin davranışlarını izah edən motivlərlə bağlı öz fikrini bildirərək, Putinin kollektiv Qərblə yenu müqavilə imzalamaq istədiyini deyib.
 
Onun sözlərinə görə, Moskva güman edir ki, prezidentlər Mixail Qorbaçov və Boris Yeltsin dönəmində "soyuq müharibə"nin sonunda imzalanan sazişlər köhnəlib.
 
"Yeni Rusiya var, yeni dünya, yeni gerçəkliklər var və onlar yeni sövdələşmə imzalamaq istəyirlər", - türkiyəli siyasətçi bəyan edib.
 
Kalın həmçinin hesab edir ki, Rusiya və Ukrayna, tez və ya gec, masa arxasında əyləşəcək.
 
"Məsələ buna nə zaman dönüş olacağında və o zamanadək hansı ziyanın vurulacağındadır", - Ərdoğanın baş müşaviri deyib.
 
Münasibətlərdə dövrü olaraq problemlərin yaranmasına rəğmən, Türkiyə Kreml ilə işçi təmaslarını davam etdirir. 
 
Belə ki, prezident Ərdoğan Vladimir Putini telefonla doğum günü münasibətilə təbrik edən beş nəfərdən biri olub. 
 
Liderlər müntəzəm olaraq söhbətləşir. Prezidentlərin son telefon söhbəti zamanı təbrikdən əlavə, Ukraynada müharibə mövzusu ilə bağlı da ünsiyyətdə olublar.
Link kopyalandı!
Son xəbərlər