Xarkov vilayətində azad edilən ərazilərdə 500 dinc sakinin cəsədləri aşkar edildi...
3685
08 Oct 2022 | 13:38

Xarkov vilayətində azad edilən ərazilərdə 500 dinc sakinin cəsədləri aşkar edildi...

Ukrayna əks-hücumda...
 
"Hücum əməliyyatları zamanı artıq 2 min 434 kv km ərazi və 96 yaşayış məntəqəsi azad edilib..."
 
"Regionda rusiyalı hərbçilərin istifadə etdiyi 20-dən artıs işgəncə kameraları aşkar edilib..."
 
Rusiyanın saxta referendumlarından sonra 29 yaşayış məntəqəsi, o cümlədən 6-sı Luqansk vilayətində olmaqla işğaldan azad edilib...
 
Həftə ərzində ukraynalı hərbçilər Ukraynanın şərqində 776 kv km ərazini və 29 yaşayış məntəqəsini işğaldan azad edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində məlumat verib.
 
"Təkcə bu həftə ərzində bizim döyüşçülər Rusiyanın saxta referendumlarından sonra ölkəmizin şərqində 776 kv km ərazisini və 29 yaşayış məntəqəsini azad edib", - o, deyib.
 
Ukeayna liderinin sözlərinə görə, hücum əməliyyatları zamanı artıq Ukraynanın 2 min 434 kv km ərazisi və 96 yaşayış məntəqəsi azad edilib.
 
"Bu həftə Ukraynanın cənubunda da yaxşı nəticələrimiz var, hər gün orada da torpağımızı və insanlarımızı azad edirik, - Zelenski əlavə edib. -
Rusiya tərəfindən əvvəllər işğal edilən ərazilərə də mütləq gedib çıxacağıq".
 
Ukrayna prezidenti Ukrayna müdafiəçilərinə müvəqqəti işğal edilən ərazilər üzərində nəzarətin bərpası üçün minnətdarlığını bildirib. 
 
Müharibənin 225 günü ərzində artıq 29.887 ukraynalı hərbi qulluqçu dövlət mükafatlarına, onlardan 178-i Ukrayna Qəhrəmanı adına layiq görülüb.
 
Bu arada isə Xarkov polisi Rusiya qoşunlarından azad edilən ərazilərdə tapılan 500 dinc sakinin cəsədləri barədə məlumat yayıb, bunu CNN xəbər verir.
 
"Təkcə Xarkov vilayətində biz işğaldan azad edilən ərazilərdə 534 dinc sakinin cəsədlərini aşkar etmişik, - bunu vilayət polisi istintaq şöbəsinin rəisi Sergey Bolvinov bəyan edib. - Onlardan 226 qadın, 19 kişi cəsədləridir".
 
Qətlə yetirilənlərin əksəriyyəti, - onlar 447 nəfərdir, - sentyabrın əvvəlində Ukrayna qoşunlarının azad etdiyi İzyumda kütləvi məzarlıqda aşkar edilib. Rusiya qoşunları İzyum şəhərindən cənuba, Donetsk vilayətinə hücum üçün platsdarm kimi istifadə edib.
 
Bolvinov həmçinin məlumat verib ki, regionda rusiyalı hərbçilərin  istifadə etdiyi 20-dən artıq "işgəncə kameraları" aşkar edilib.
 
"Praktiki olaraq Rusiya ordusunun hərbi hissələrinin yerləşdiyi bütün iri şəhər və yaşayış məntəqələrində dinc sakinlərin və hərbi əsirlərin saxlanıldığı və onlara işgəncə verildiyi belə yerlər olub", - o, deyib və belə kameralardan birinin Peski-Radkovskiye kəndində olduğunu xatırladıb.
 
"Bu, bizim Xarkov vilayətinin azad edilən ərazilərində aşkar etdiyimiz və baxış keçirdiyimiz 22-ci işgəncə kamerasıdır", - Bolvinov deyib.
 
Onun sözlərinə görə, rusiyalı hərbçilərin ən geniş yayılan işgəncə üsullarından elektroşok, dəyənəklə və başqa əşyalarla qəddar döymə olub. Dırnaqların qoparılması və əleyhqazlardan istifadə etməklə işgəncələr də qeydə alınıb. 
 
Sergey Bolvinov məlumat verib ki, zorlamalarda ittihamlarla bağlı cinayət işləri açılıb.
 
"Biz anlayırıq ki, zərərçəkənlər üçün belə faktlar barədə ifadələr vermək çox çətindir, - ukraynalı polis nəfəri qeyd edib. - Lakin qeydə alınan işlər, zorlanan qadınların müraciətləri var. Bizdə həm də həbsxalarda zorlanma faktları barədə məlumatlar var".
 
Xəbər verildiyi kimi, USQ tərəfindən azad edilən Liman şəhərində iki kütləvi məzarlıq aşkar edilib, biri tək mükli şəxslərin məzarları, digəru qardaşlıq qəbiristanlığıdır.
 
Ukrayna KİV-ləri dəqiqləşdirib ki, birinci kütləvi məzarlıqda 180 məzar var, əsasən, bütöv ailələr dəfn edilib. Qeyd edilir ki, dəfn ediıənlər arasında 2019 və 2021 təvəllüdlü çoxlu uşaq var.
Link kopyalandı!
Son xəbərlər